• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcədə övlad

  • 10 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Samir Əliyev yaxın ölkələrin uşaq pulu göstəricilərinə nəzər yetirib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2022-ci ilin fevralından Rusiyada doğuş müavinətinin məbləği artırılaraq 19981 rubla (280 dollar) çatacaq: “İlk uşağa qulluğa görə müavinətin minimum həddini 7493 rubla (105 dollar), maksimum həddini 31282 rubla (439 dollar) qaldırmaq nəzərdə tutulur. Müavinətlər uşaq yaş yarıma çatanadək ödənəcək.

Ermənistanda 2022-ci il yanvarın 1-dən ailələrə doğulan hər üçüncü və daha çox uşağa görə 50 min dram (təxminən 100 dollar) veriləcək. Bu ödəniş uşağın 6 yaşına qədər nəzərdə tutulur.

2022-ci ildən Ukraynada ailələr doğulan ilk uşağa görə 50 min qrivna (1920 dollar), ikinci uşağa görə 100 min qrivna (3840 dollar), üçüncü və daha çox uşağa görə 150 min qrivna (5770 dollar) məbləğində ümumi vəsait alacaqlar. Bu vəsaitin bir hissəsi birdəfəlik şəkildə doğuşdan sonra (ilk uşağa görə 15 min qrivna, ikinci uşağa görə 30 min qrivna, üçüncü uşağa görə 45 min qrivna), qalan hissəsi 36 ay ərzində hissə-hissə veriləcək.

Belarusda 2021-ci il noyabrın 1-dən ilk uşağın doğuşuna görə 2880,10 rubl (1180 dollar), ikinci uşaq və növbəti uşaqlar üçün 4032,14 rubl (1652 dollar) məbləğində birdəfəlik müavinət müəyyənləşib. 3 yaşa qədər uşağa qulluğa görə ilk uşaq üçün 495,74 rubl (203 dollar), ikinci və hər növbəti uşaq üçün 566,66 rubl (232 dollar) aylıq müavinət var. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 dollar) məbləğində aylıq müavinət alır.

Bəs Azərbaycan 2022-ci ildə uşaqlara hansı hədiyyə ilə gedir?”

Azərbaycanda uşağın anadan olmasına 200 manat birdəfəlik müavinət düşür. 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb.

Uşağa bilavasitə qulluq edən, işləyən valideynlərdən birinin, yaxud ailənin başqa üzvünün uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququ var. Aylıq müavinətin məbləği yaş yarımadək uşağa qulluğa görə 44 manat, yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə 28 manatdır.

Rəsmi proqnoza əsasən, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20 milyon manat məbləğində vəsait ayrılması gözlənir, bu da cari ilin gözlənən icrasından 36,1 faiz çoxdur.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin maliyyələşdirilməsi üçün cari ilin gözlənən icrasından 32,7 faiz çox, 15 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.

İran işgəncə epidemiyasından əziyyət çəkir –...

  • 10 Noyabr 2021
  • comments

Sabiq baş katib: “Putin Rusiyanın NATO-ya üzv olma...

  • 10 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda