• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Deputat pulunun sorğusu

  • 03 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusu Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus pul vəsaiti ilə bağlı araşdırma aparılır.

1963-cü il təvəllüdlü Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat alıb. Partiyasızdır.

Noyabrın 2-də yayılan məlumata görə, Böyük Britaniyanın bank hesablarında Cavanşir Feyziyevin ailə üzlərinin 15,3 milyon funt sterlinq vəsaiti aşkarlanıb. Ölkənin Milli Cinayət Agentliyi həmin vəsaitin Böyük Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edir.

Xəbər Azərbaycanda reaksiyalar doğurub. Müsavat Partiyasının başqanı Arif Hacılı vaxtilə həbsdə yatdığına işarə edərək yazır: “Həbsxanada iki dəfə 5 manat, cəmi 10 manat rüşvətə görə təkrar rüşvət alma ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş həkim vardı. Londonda deputat Cavanşir Feyziyevin qanunsuz yolla əldə edilmiş külli miqdarda pulu aşkara çıxıb. Qeyri-qanuni olduğu üçün yəqin ki, Britaniyanın nəfinə müsadirə ediləcək.

Görün burada necə cinayət tərkibi var: qeyri-qanuni biznes fəaliyyəti; külli miqdarda vəsaiti oğurlama; talançılıq; külli miqdarda vergidən yayınma; külli miqdarda maliyyə vəsaitini qeyri-qanuni yolla ölkədən çıxarma…

Həkimə 10 manata görə həbs cəzası verilməsini korrupsiya və rüşvətxorluğa qarşı mübarizə adlandıran hakimiyyət həcmi 10 milyonlarla, bəzən 100 milyonlarla ölçülən belə talanlara kommunal xidmətlərin, yanacağın qiymətinin, rüsumların artırılması ilə reaksiya verir.

İndiki hakimiyyətin yalnız xaricdə olan və beynəlxalq mərkəzlərin aşkarladığı vəsaitlərinin həcmi milyard dolları keçib. Bu milyardlar havadan əmələ gəlmir, Azərbaycan xalqının artırılmayan əmək haqları, pensiyalarıdır. Açılmayan iş yerləri, hər gün artan qiymətlər, verilməyən uşaq pulları, sosial yardımlardır. Məhrumiyyət içində yaşamağa düçar edilmiş, gəncliyi oğurlanmış, taleyi sındırılmış, arzuları puç olmuş milyonlarla vətəndaşımızın göz yaşıdır”.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli də məsələyə münasibət bildirib. O, Cavanşir Feyziyevi hakim ailənin dərman monopoliyasının meneceri adlandırır, Böyük Britaniyada ailə üzvlərinin adına olan bank hesablarına həbs qoyulduğunu vurğulayır: “Biz millət olaraq haqqımızı korrupsionerlərdən ala bilmirik. Rejimin nəhəng korrupsiyasını, milyonlarla insanı soyub daha da yoxsullaşdırmasını səbirlə yola veririk. Yalnız bir ildə, həm də pandemiya ilində dərmanların 42 faiz bahalaşması da bizi hiddətləndirmir. Bəli, acıdır, ancaq həqiqətdir, biz bir millət olaraq hələ ki, haqqımızı tələb edə bilmirik. Ona görə də bizdən oğurlanan pullara indi Böyük Britaniya dövlət orqanları, məhkəmələri əl qoyur.

Bu misilsiz, tayı-bərabəri olmayan, dövlət səviyyəsində həyata keçirilən talanı, oğurluğu durdurmaq, oğurlanmış milyardları bu xalqa qaytarmaq üçün laqeyd, yaltaq, ümidsiz, qorxaq olmaqdan hamılıqla imtina etməliyik. Milyardların oğrulara və əcnəbi dövlətlərə qalmaması üçün özümüz xalq hakimiyyəti və normal dövlət qurmağı bacarmalıyıq”.

“Yahoo” Çini tərk etdi

  • 03 Noyabr 2021
  • comments

Qırılmış iki bağ

  • 03 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda