Nazirlər Kabineti ölkə aeroportlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan şəxslərin siyahılarını təsdiqləyib.
Azərbaycanın vəzifəli şəxsləri belə sıralanır:
birinci vitse-prezident, habelə ailə üzvləri;
baş nazir, habelə ailə üzvləri;
Milli Məclisin sədri, habelə ailə üzvləri;
Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
vitse-prezidentlər, habelə ailə üzvləri;
Prezident Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
birinci vitse-prezidentin Katibliyinin rəisi, habelə ailə üzvləri;
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
baş nazirin müavinləri, habelə ailə üzvləri;
prezidentin işlər müdiri, habelə ailə üzvləri;
Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri;
prezidentin köməkçiləri, prezidentin mətbuat katibi, Prezident Administrasiyasının şöbə müdirləri, prezidentin xüsusi nümayəndəsi, Təhlükəsizlik Şurasının Katibi Xidmətinin şöbə müdirləri, prezidentin işlər müdirinin müavinləri, Prezidentin İşlər İdarəsinin şöbə müdirləri, prezidentin protokol xidmətinin rəisi və onun müavinləri, Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Xüsusi Tibb Xidmətinin şöbə müdirləri;
birinci vitse-prezidentin Katibliyi rəisinin müavinləri, birinci vitse-prezidentin köməkçiləri;
vitse-prezidentlərin köməkçiləri;
Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, baş nazirin Katibliyinin rəisi, Nazirlər Kabinetinin işlər müdiri, Nazirlər Kabineti Aparatının şöbə müdirləri, baş nazirin köməkçiləri, Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri;
Milli Məclis sədrinin müavinləri, Milli Məclisin deputatları, Milli Məclis Aparatının rəhbəri və onun müavini, Milli Məclisin işlər müdiri, Milli Məclis Aparatının şöbə müdirləri, Milli Məclis rəhbərliyinin Katibliyinin rəisi, Milli Məclisi sədrinin köməkçiləri;
Heydər Əliyev Fondunun prezidenti, vitse-prezidenti və icraçı direktoru;
keçmiş prezident və onun ailə üzvləri;
Konstitusiya Məhkəməsi sədrinin müavini, hakimləri, Aparatının rəhbəri;
Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini;
ombudsman;
Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə Azərbaycandan seçilmiş hakim;
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
baş prokuror və onun müavinləri;
Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri;
Ali Məhkəmənin sədri və onun müavini, kollegiya sədrləri, hakimləri,
Aparatının rəhbəri;
apellyasiya məhkəmələrinin sədrləri;
mərkəzi icra hakimiyyəti orqanları yanında dövlət agentliklərinin və xidmətlərinin vəzifəyə prezidentin təyin etdiyi rəhbərləri;
dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin idarəetmə orqanlarının vəzifəyə prezidentin təyin etdiyi rəhbərləri;
Hesablama Palatasının sədri və onun müavini;
Mərkəzi Bankın İdarə Heyətinin sədri;
Dövlət Neft Fondunun icraçı direktoru;
Auditorlar Palatasının sədri;
Milli Televiziya və Radio Şurasının sədri;
Milli Olimpiya Komitəsinin prezidenti və vitse-prezidentləri;
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri;
prezident yanında komissiyaların sədrləri;
Heydər Əliyev Mərkəzinin direktoru;
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri;
Naxçıvan Muxtar Respublikasının baş naziri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
dini mərkəzlərin (idarələrin) rəhbərləri;
Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri;
Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirləri, baş konsulları və beynəlxalq təşkilatlarda daimi nümayəndələri;
prezidenti, birinci vitse-prezidenti, vitse-prezidentləri, baş naziri və onun müavinlərini, Milli Məclisin sədrini və onun müavinlərini, Prezident Administrasiyasının rəhbərini, prezidentin işlər müdirini, Xüsusi Tibb Xidmətinin rəisini və xarici işlər nazirini səfərlərdə müşayiət edən rəsmi nümayəndə heyətlərinin üzvləri;
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
verilmiş tapşırıq üzrə öz vəzifələrini yerinə yetirən Prezidentin Təhlükəsizlik Xidmətinin diplomatik kuryerləri və feldyegerləri.
Prezidentin, birinci vitse-prezidentin, vitse-prezidentlərin, baş nazirin və onun müavinlərinin, Milli Məclisin sədrinin və onun müavinlərinin, Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə sədrinin, Prezident Administrasiyası rəhbərinin, prezidentin işlər müdirinin, Xüsusi Tibb Xidməti rəisinin, xarici işlər nazirinin və Prezidentin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən gələn rəsmi nümayəndə heyətləri; xarici ölkələrin səfirləri və baş konsulları; beynəlxalq təşkilatların rəhbər şəxsləri; BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti də Azərbaycan aeroportlarında VİP-dən keçə bilərlər.