Son rəsmi hesabat Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayını 531370 nəfər, xəstəlikdən vəfat edənlərin ümumi sayını 7074 nəfər göstərib.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk itki martın 12-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölüm olub.
Novator.az-ın məlumatına görə, 2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 59011 yoluxma, 889 ölüm, oktyabr – 47468 yoluxma, 549 ölüm.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. 4 milyon 402 mindən çox şəxs bu prosesi bitirib.