• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsəlman namizəd Çinə cəza vəd edir

  • 29 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfiri vəzifəsinə namizəd Rəşad Hüseyn Çin Xalq Respublikasının etnik və dini azlıqlara qarşı repressiyalara görə məsuliyyətə cəlb olunmasına çalışacağını vəd edir. Novator.az bildirir ki, Rəşad Hüseyn vədi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmə zamanı diqqətə çatdırıb. O deyib: “Mən Çinin uyğur türklərinə, eləcə də digər etnik və dini azlıqlara qarşı dəhşətli cinayətlərə, repressiyalara görə məsuliyyətə cəlb olunması üçün səylərimi ikiqat artıracam”.

Rəşad Hüseyn müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə də dini azlıqların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Dünyada xeyli insanın inancına görə həbsə, işgəncəyə, ayrı-seçkiliyə məruz qaldığını, hətta edam olunduğunu bildirən Rəşad Hüseyn həm antisemitizmin, həm xristianlara, həm də müsəlmanlara qarşı dözümsüzlüyün müxtəlif formalarda artdığını vurğulayıb.

Namizədliyi təsdiqlənsə, Rəşad Hüseyn ABŞ-ın beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfiri vəzifəsini tutan ilk müsəlman olacaq.

O, Hindistan əsilli müsəlmandır, ABŞ-da doğulub. 42 yaşı var. Hüquq professorudur.

Rəşad Hüseyn siyasi karyerasına 2009-2017-ci illərdə ABŞ-a rəhbərlik etmiş Barak Obamanın prezidentliyi dövründə başlayıb, 2010-2015-ci illərdə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında elçisi, 2015-2017-ci illərdə ABŞ prezidentinin terrorizmlə mübarizədə strateji əlaqələr üzrə xüsusi nümayəndəsi olub.

Rəşad Hüseyni beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi səlahiyyətli səfir vəzifəsinə 2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden namizəd irəli sürüb.

Mənbə: Ndtv.com

Yaşıl meydanlarda

  • 29 Oktyabr 2021
  • comments

Rusiya: siyasi məhbuslar nə qədər artıb?

  • 29 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda