• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantin uzadıldı

  • 29 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nazirlər Kabineti xüsusi karantin rejimini 2022-ci il yanvarın 1-dək uzadıb. Qərar oktyabrın 29-da verilib.

Rejim noyabrın 1-də bitməli idi.

Xüsusi karantin rejimi 2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxış məhduddur, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları saat 00:00-a qədər fəaliyyət göstərə bilər.

Ölkə ərazisində bu qadağalar var:

– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;

– dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi;

– kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsi (açıq havada idman yarışları istisna olmaqla);

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;

– masaj və hamam xidmətlərinin göstərilməsi.

Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq; 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi də yasaqdır.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabat yoluxanların ümumi sayını 526920 nəfər, xəstəlikdən vəfat edənlərin ümumi sayını 7021 nəfər göstərib.

Dövlət əmlakından nə gəlir əldə olunub?

  • 29 Oktyabr 2021
  • comments

Türk basketbolçudan uyğur çağırışı

  • 30 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda