• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bərpada halallıq

  • 28 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Qubad İbadoğlu
ADR Partiyasının sədri

Qarabağın bərpası iş adamları, əhali üçün əlavə imkanlar yaradır. Sahibkarlar sifarişlər ala, işsizlər iş yerləri qazana bilərlər. Lakin müşahidələr göstərir ki, hakim çevrəyə daxil olan, yüksək çinli məmurlara məxsus şirkətlərdən savayı kimsə ora buraxılmır. Hətta Azərbaycandakı işsizlik girdabına baxmayaraq Qarabağa xaricdən işçilər gətirildıyi bildirilir. Çünki hakimiyyət işğaldan azad ərazilərdə bərpa və yenidənqurma işlərini də korrupsiya maraqları ilə idarə edir. Qarabağı kimlərin sökdüyünü bilsək də, kimlərin nə qədər vəsaitlə tikdiyini öyrənə bilmirik. Hansı şirkətlər Qarabağı tikir, inşa edir, yolları, tunelləri çəkir, torpaqları əkib-becərir – axı bunlar nə kommersiya sirridir, nə də dövlət sirri. Nədən hakimiyyət bu barədə məlumatları gizli saxlayır? Oğurluq yoxdursa, niyə şəffaflıq və hesabatlılıq olmasın? Niyə xalqa, ən azından məcbur köçkünlərə Qarabağda görülən işlərlə bağlı məlumat verilmir? Suallar çoxdur, cavablarını heç harada tapmaq mümkün deyil.

Azərbaycan qanunvericiliyi dövlətdən maliyyələşən layihələrin icraçılarını açıq və rəqabətli tenderlərdə müəyyənləşdirməyi tələb edir, buna da əməl olunmur. Biz indiyədək bilmirik ki, bu ilin 10 ayında hansı şirkətə nə qədər və nəyə görə vəsait ayrılıb, bu şirkət necə seçilib.

Bu hələ başlanğıcdır, Qarabağın bərpası on milyardlarla vəsait tələb edir. Əgər şəhidlərimizin, qazilərimizin qanı ilə azad olunmuş torpaqlarda da korrupsiya çiçəklənəcəksə, onda ora normal xarici investor da gəlməyəcək, eyni zaman məskunlaşma da xeyli ləngiyəcək.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer hökumətə açıq tender keçirməyi tövsiyə edir. Deyir ki, ABŞ-ın bəzi şirkətləri azad olunan ərazilərdəki bərpa-yenidənqurma işlərində iştirak üçün əlaqələr qurub: “Əgər Azərbaycan ABŞ-ın daha çox şirkətinin investisiya qoymasında maraqlıdırsa, açıq tender keçirməsini tövsiyə edirəm. Bu tenderlər vasitəsilə ABŞ şirkətləri müraciət edə bilərlər. Bununla da Azərbaycanın hansı istiqamətlərdə maraqlı olduğunu və buradakı inkişafa öz töhfələrini verə biləcəklərini dəqiq bilərlər”.

Qarabağın bərpası və inkişafı prosesində xarici sərmayə çox önəmlidir, amma hökumətin korrupsiya maraqları işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlbinə mane olur. Biz niyə susuruq? Məgər torpaqları vətən oğulları ona görə azad etdi ki, yeni korrupsiya ocaqları formalaşdırılsın və büdcədən talan olunan pulların sorağı ofşor şirkətlərdən gəlsin?

Avropadan Azərbaycan qərarları, cərimələr

  • 28 Oktyabr 2021
  • comments

Valyutaların 10 ayı

  • 29 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda