AXCP sədri Əli Kərimli amnistiya təklifi verib. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində 2020-ci ilin Vətən müharibəsindəki qələbənin qeyd olunacağı günü nəzərdə tutaraq yazır: “Şuşa şəhərinin azad edildiyi 8 noyabr – Zəfər Günü münasibətilə geniş amnistiya yaxşı olmazmı? Canı, qanı bahasına hərbi zəfər qazanmış xalqımız nədən sevindirilməsin? Xalqımız belə bir amnistiyanı ötən il savaş dayanan kimi gözləyirdi. Ancaq ötən il amnistiya haqda qanun qəbul edilmədi. Bu il səhv düzəldilsin.
Çox insan amnistiya gözləyir, bir-birindən xəbərsiz insanlar amnistiyaya köklənib. Geniş əhatəli amnistiya qanununa ehtiyac var. Elə amnistiya ki, həm siyasi məhbuslar azad olunsun, həm də cəmiyyət üçün həqiqətən təhlükəli şəxslər istisna olunmaqla başqa məhbuslar. “Qızıl amnistiya” hazırda çox yerinə düşərdi. Ölkədə getdikcə artan siyasi gərginliyi də, sosial gərginliyi də qismən azaldardı”.