• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Veteranlara müavinət!

  • 22 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

AXCP sədri Əli Kərimli 2020-ci ilin Vətən müharibəsində iştirak etmiş şəxslərə veteran müavinəti verilməsini və müavinətin məbləğinin artırılmasını istəyir.

Azərbaycanda müharibə veteranı adını 1988-1994-cü illərdə ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslər daşıyır. Onlara verilən aylıq müavinətin məbləği 80 manatdır.

Novator.az-ın məlumatına görə, Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, 2020-ci ildə vətən torpaqlarını azad etmək üçün savaşa atılmış 100 mindən artıq igidə veteran müavinəti verməyin vaxtı çoxdan gəlib: “100 min nəfərdən artıq müharibə veteranını 80 manatlıq veteran müavinətindən də məhrum edənlərin vətənpərvərlik mövzusunu istismar etməsi ikrah hissi yaradır. Xalq olaraq hamılıqla səsimizi ucaltmalıyıq. Müharibə iştirakçısı olmuş hər bir şəxsə müharibə veteranı müavinəti verilməsini və müavinətin azı 200 manata qədər artırılmasını tələb etməliyik”.

Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il qərarı ilə Vətən müharibəsi iştirakçılarına müharibə veteranı adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyada müavinlik Nazirlər Kabineti Aparatının təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdirinə həvalə olunub, üzvlər belə müəyyənləşib: müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ədliyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, səhiyyə nazirinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini.

Komissiyaya Vətən müharibəsi iştirakçılarının siyahısını müəyyən etmək tapşırılıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub, 6 hərbi qulluqçu itkin düşüb.

Yaxın ölkələrin itkiləri

  • 22 Oktyabr 2021
  • comments

Hansı model?

  • 22 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda