2021-ci il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 26 bankın 466 filialı, 103 şöbəsi olub, bank sektorunda 19488 nəfər çalışıb. Mərkəzi Bank belə açıqlama yayıb.
Novator.az bildirir ki, statistik bülletendə bankların cəmi aktivləri 34 milyard 526,5 milyon manat, cəmi öhdəlikləri 29 milyard 655,2 milyon manat, yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 505,6 milyon manat göstərilir.