• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baş prokurora “Pandora” müraciəti

  • 19 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Müxalifətin iki lideri – Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş prokuror Kamran Əliyevə müraciət edib. Müraciətdə korrupsiya və mütəşəkkil cinayətkarlıq sahəsində araşdırmalar aparan beynəlxalq jurnalist şəbəkəsinin bu ilin oktyabr ayında yaydığı “Pandora sənədləri”nin Azərbaycanla bağlı hissəsinə toxunulur, qeyd olunur ki, araşdırmaya görə, prezident İlham Əliyevin ailəsi Böyük Britaniyada 429 milyon İngiltərə funt sterlinqindən (694 milyon dollar) çox dəyəri olan daşınmaz əmlakın alqı-satqısında iştirak edib, ofşor şirkətlərdən yararlanaraq Böyük Britaniyada 17 mülk alıb.

Müxalif liderlər Baş Prokurorluğun jurnalistlərin aşkar etdiyi faktlarla bağlı cinayət işi başlamasını; prezidentin və ailə üzvlərinin Londondakı mülklərinin hansı vəsait hesabına əldə olunmasının müəyyən edilməsini və təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını; ictimaiyyətin araşdırmanın gedişi və nəticələri barədə ətraflı məlumatlandırılmasını istəyirlər.

Oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verən prezident İlham Əliyev “Pandora sənədləri”i barədə sualı belə cavablandırıb: “Bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. İkinci Qarabağ müharibəsində qələbə bir çoxları üçün sürpriz oldu. Bu onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır”.

Dövlət başçısı “Pandora sənədləri”ndə yazılanları oxumadığını vurğulayıb: “Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır”.

Yaponiyada COVİD möcüzəsi – “Associated Pres...

  • 19 Oktyabr 2021
  • comments

Doğum 11,3 faiz azalıb, ölüm 14,1 faiz artıb

  • 19 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda