• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəxtiyar Hacıyev intihara cəhd edib

  • 19 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 18-i axşamüstü özünə qəsd etmək istəyib. O , “Facebook” səhifəsində yazır ki, Prezident Administrasiyasının binasına daxil olaraq üstünə benzin tökdüyü anda mühafizə xidmətinin əməkdaşları intiharın qarşını alaraq onu polisə təhvil veriblər.

Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsində izahatı alınan Bəxtiyar Hacıyev həmin gün sərbəst buraxılıb.

1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.

Son vaxtlar o, davamlı təzyiqlərdən şikayətlənir, bildirir ki, 8 aydan artıqdır dövlət qurumları səviyyəsində himayə olunan mənəvi terror, qaralama, böhtan, hədə-qorxu, təxribat cəhdləri ilə üz-üzədir, Prezident Administrasiyasına, Birinci vitse-prezidentin Katibliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, məhkəmələrə rəsmi müraciətləri nəticəsiz qalıb. İctimai fəal şəxsiyyəti bəlli və anonim şəxslərin aramsız hədələri və təhqirlərinin onu cana yığdığını vurğulayır.

Oktyabrın 18-i Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsində sorğu-sual edildiyini bildirən Bəxtiyar Hacıyev yazır: “İzahat alan prokuror bildirdi ki, məsələ ən yuxarı rəhbərliyə məruzə edilib, nəticə olacaq. Dedim bir neçə gün müddətində irəliləyiş olmasa, yenidən eyni addımı atacağam”.

Bəxtiyar Hacıyevin intihara cəhdi əks-səda doğurub. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Azərbaycanda özünə hörmət edən, yüksək intellekti və savadı olanları davamlı təqiblərlə bezdirmək, məhv edib sıradan çıxarmaq, ölkədən didərgin salmaq siyasəti yürüdülür: “Bəxtiyar Hacıyevə qarşı müxtəlif istiqamətlərdən yönələn mənəvi terrorun başqa adı yoxdur. Hüquqi dövlət, demokratik cəmiyyət uğrunda mübarizə aparanlara qarşı mənəvi terror siyasətinə, təqib və təzyiqlərə son qoyulsun!”

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bunları qeyd edir: “Harvard Universitetinin məzunu 8 ay davamlı mənəvi terrora məruz qalır, bu təzyiqlərin qarşısını hüquqi yollarla ala bilmir, nəticədə Prezident Administrasiyasının qarşısında özünə qəsdə cəhd edir. Deməli, mövcud rejim Azərbaycanı ağıllı və mübariz gənclər üçün yaşamalı yerə deyil, cəhənnəmə çevirib, hüquqi dövlət adına hər şeyi məhv edib”.

Politoloq Azər Qasımlı yazır ki, Bəxtiyar Hacıyevə qarşı mənəvi terror mədəniyyətsizlik göstəricisidir: “Bunu edənlər bir gün qanun qarşısında mütləq cavab verəcəklər. Hakimiyyət açıq deyir ki, ya susun, ya ölkədən çıxın gedin. Bu gün Bəxtiyar bəyə qarşı etdiklərini sabah istənilən şəxsə qarşı edəcəklər. Lakin bu ölkə bizimdir və heç yerə gedəsi deyilik!”

Yaxın ölkələr üzrə ixrac-idxal

  • 19 Oktyabr 2021
  • comments

Yaponiyada COVİD möcüzəsi – “Associated Pres...

  • 19 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda