• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əzəli rəqiblərin mövqeyi Rusiya məsələsində üst-üstə düşür

  • 13 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

ABŞ-da istər hazırda hakimiyyətdə olan Demokratlar Partiyasının, istərsə də onun əsas rəqibi Respublikaçılar Partiyasının üzvlərinin əksəri Rusiya hökumətini Amerikaya real və çox ciddi təhlükə sayır.

Bunu Pirson İnstitutunun və “Press-NORC” sosioloji tədqiqatlar mərkəzinin birgə keçirdiyi sorğu göstərib.

Novator.az-ın məlumatına görə, sorğunun nəticələri ilə bağlı ABŞ-ın həftəlik “Newsweek” qəzetində məqalə dərc olunub.

Məqalənin müəllifi Zoya Strojevski yazır ki, ictimai rəy sorğularında respublikaçılarla demokratların mövqeyi nadir hallarda üst-üstə düşür. Amma bu iki partiya arasında daimi rəqabətə, son illərdə daha da güclənən gərginliyə baxmayaraq, hər iki partiyada çoxluq Rusiya hakimiyyətinə böyük təhlükə kimi yanaşır.

“Press-NORC” mərkəzinin baş elmi işçisi Devid Sterett də respublikaçılarla demokratların hansısa məsələyə münasibətdə eyni mövqedə olmasını qeyri-adi hal adlandırır.

Bununla belə Zoya Strojevski partiyaların mövqeyində fərqlərin olduğunu da qeyd edir. O, demokratların Rusiya hakimiyyətinə qarşı daha kəskin mövqedə olduğunu vurğulayır. Belə ki, sorğu zamanı demokratların 79, respublikaçıların isə 70 faizi Rusiya hökumətini təhlükə saydığını bildirib.

ABŞ-ın “Associated Press” agentliyi bu fərqi respublikaçı Donald Trampın Amerikanın prezidenti postunda çalışdığı illərdə (o, 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək prezident olub; 2021-ci il yanvarın 20-dən ölkəyə demokrat Cozef Bayden prezidentlik edir) Rusiya təhlükəsinin miqyasını azaltmaq cəhdlərinin nəticəsi kimi izah edib.

Zoya Strojevski “Associated Press”in şərhinə dəstək verərək xatırladır ki, 2020-ci ilin dekabrında naməlum hakerlər ABŞ hökumətinin məlumat bazasına soxulanda prezident Tramp əvvəlcə Çin hakimiyyətini ittiham etmişdi. Bununla da o, haker hücumunun rusların işi olduğunu deyən ABŞ dövlət katibinin fikirlərinə qarşı çıxmışdı.

Pirson İnstitutunun və “Press-NORC” mərkəzinin sorğusu onu da göstərib ki, hər iki partiyanın tərəfdarlarının üçdə ikiyə qədəri Rusiya və Çin hökumətlərini ABŞ-ın kiber təhlükəsizliyinə ən böyük təhlükə hesab edir. Onların yarısı İran hakimiyyətini də ABŞ-ın informasiya təhlükəsizliyinə təhdid sayır.

Mənbə: Newsweek.com

Generala 11 il həbs cəzası təklif olundu

  • 13 Oktyabr 2021
  • comments

“Avroviziya 2022”nin 34-ü

  • 13 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda