• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

20 ildə Rusiyadan 5 milyonadək adam mühacirət edib

  • 11 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İyirmi il ərzində – 2000-2020-ci illərdə Rusiyanın 5 milyon nəfərədək vətəndaşı ölkədən mühacirət edib.

Novator.az saytının məlumatına görə, statistikanı Rusiyanın “Daha dəqiq desək” platforması açıqlayıb.

Jurnalistləri, sahibkarları, vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən platforma sosial problemlərin tədqiqatı üzrə ixtisaslaşıb.

Platformanın əməkdaşları Rusiyadan mühacirət axınını hesablayarkən Dövlət Statistika Xidmətinin və mühacirləri qəbul etmiş Qərb ölkələrinin məlumatlarına əsaslanıblar.

Hesablamaya görə, hər il Rusiyanı 276 min nəfərdən 309 min nəfərədək adam tərk edir.

Onlar əsasən MDB ölkələrinə, Avropa və Şimali Amerika dövlətlərinə üz tuturlar.

Rusiyadan mühacirət axını daha çox 2016-2019-cu illərdə olub. Həmin illərdə ölkəni 1 milyon 186 mindən çox adam tərk edib.

2006-2011-ci illərdə ölkədən köçənlərin sayı təxminən 698 min nəfər olub.

Mühacirət edənlərin yarıdan çoxu 20-40 yaşlarındadır. Onların ölkəni tərk etməsinə gətirib çıxaran əsas səbəblər təhlükəsiz, sabit həyat tapmaq və övladlarının (yaxud gələcək övladlarının) qayğısına qalmaq istəyidir.

Rusiyalı mühacirlərin yarısı üz tutduğu ölkələrdə mütəxəssis kimi çalışır, üçdə bir hissəsi isə bizneslə, yaxud başqa özəl fəaliyyətlə məşğuldur.

Rusiyadan gedənlərin 79%-i yaşadığı ölkədən razıdır.

Şikayətlər əsasən tibb və təhsil sahələri ilə bağlıdır.

“Daha dəqiq desək” platformasının 900 rusiyalı mühacir arasında keçirdiyi sorğu zamanı respondentlərin yalnız 4%-i vətənə qayıtmaq niyyətində olduğunu söyləyib. 26%-i isə sadəcə bunun mümkünlüyünü istisna etməyib.

Mənbə: Tochno.st

Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayır...

  • 11 Oktyabr 2021
  • comments

Müsavatın 110 yaşı

  • 11 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda