Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.
Arayışa görə, təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın ümumi ərazisi 4,25 hektara çatdırılıb. Zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı 22-dir.