• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İran üzə çıxır

  • 04 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Arif Hacılı
Müsavat Partiyasının başqanı

İran dövləti əvvəlki illərdə Azərbaycana qarşı əsasən gizli siyasət yürüdür, fars şovinizmini İran dövlətçıliyi, din pərdəsi altında gizlətməyə çalışırdı. Milli kimliyimizi, dövlətçilik tariximizi inkar edən təbliğat əsasən mollalar vasitəsilə bəzi məscidlərdə, yas mərasimlərində hər kəsin birbaşa anlaya bilməyəcəyi, amma şüuraltı təsirləri olan xüsusi hazırlanmış mətnlərlə aparılırdı.

İranın ölkəmizdə olan agentura şəbəkəsinin milli məfkurə daşıyıcısı olan siyasi liderlərə, ziyalılara, təşkilatlara qarşı mübarizəsi də ideoloji-siyasi müstəvidə yox, onlara ünvanlanan böhtan və qarayaxma kampaniyaları şəklində təşkil olunurdu.

2020-ci ilin 44 günlük müharibəsindən sonra regionda vəziyyətin dəyişməsi, ərazilərimizin azad edilməsi, müttəfiqlərimizin Azərbaycana çəkinmədən, açıq dəstək verməsi İranın ölkəmizə qarşı fəaliyyətinin fərqli müstəviyə keçməsi ilə nəticələnib. Sətiraltı məzmunlu dini moizələr dövlət quruluşumuza, daxili və xarici siyasətimizə açıq təhdidlərlə əvəz olunub.

70 illik sovet hakimiyyəti dövründə bu əraziyə hərbi qüvvə ilə yaxınlaşmağa cəsarət etməyən, 28 illik erməni işğalı dövründə burada hər hansı hərbi fəallıq göstərməyi lazım bilməyən İran dövləti indi Azərbaycan-İran sərhədində hərbi təlimlər keçirir. Müxtəlif tribunalardan dövlət quruluşumuzun nə cür olması, dövlətimizi hansı qanunlarla idarə etməli olduğumuz barədə açıqlamalar verilir. Hansı dövlətlərlə dost, hansı dövlətlərlə düşmən olmağımız diktə edilir. Bu cür açıqlamalar təhqirlərlə, hədə-qorxu ilə müşayiət olunur. Azərbaycanda milli, dini zəmində qarşıdurma yaratmaq çağırışları edilir.

O taylı-bu taylı bütün Azərbaycan xalqı İran molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalı, Azərbaycan hakimiyyəti, nəhayət, siyasi demaqogiyadan əl çəkib milli təhlükəsizliyimizi təmin etmək üçün ciddi tədbirlər görməlidir.

Gürcüstanda seçki ikinci tura gedir

  • 04 Oktyabr 2021
  • comments

Davranış formulu

  • 04 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda