• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu: “Bu nə səhlənkarlıqdır?”

  • 01 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Siyasətçi Tofiq Yaqublu səhiyyə sisteminin ləngliyindən gileylənib. Novator.az-ın məlumatına görə, o, oktyabrın 1-də özünün “Facebook” səhifəsində yazır ki, koronavirus infeksiyasına qarşı peyvənd kampaniyasının lehinədir və hər kəsi peyvənd vurdurmağa təşviq edir: “Mənim aid olduğum yaş qrupuna (Tofiq Yaqublu 1961-ci ildə doğulub – red.) peyvənd vurulmasına başlandıqda dərhal növbəyə yazılıb elə ilk gündə birinci doza, 4 həftə sonra ikinci doza peyvənd vurdurmuşam. İkinci dozanın 6 ayı tamam olan kimi üçüncü dozanı da aldım.

Sentyabrın 27-də hərarətim qalxdı və titrətdim. Əlamətləri oxşar olsa da, koronavirusa yoluxmadığıma tam əmin idim, amma yaxınlarımın təkidi ilə Səhiyyə Nazirliyinin 814 saylı qaynar xəttinə zəng etdik ki, gəlib test üçün yaxma götürsünlər. Dedilər ki, bu gün alınmır, ertəsi günü səhər gəlib yaxma götürəcəklər. Əslində həmin günlər koronavirusa yoluxmaların sayı xeyli azalmışdı və səhiyyə sisteminin yüklənməsi mümkün deyildi.

Sentyabrın 28-də heç kəs gəlmədi. Axşama yaxın bir də zəng etdik. Dedilər ki, sabah səhər saat 10-dək gələcəklər.

Artıq oktyabr ayının 1-dir, ilk zəngdən 4 gün keçir, amma heç kəs gəlib maraqlanmayıb. Bu nə sistemdir, nə səhlənkarlıqdır?”

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, indiyədək 483902 nəfər koronavirusa infeksiyasına yoluxub, onların 6525-i vəfat edib.

2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 3 milyon 792 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.

Hər 10 min nəfərə neçə həkim düşür?

  • 01 Oktyabr 2021
  • comments

Klub reytinqi: Azərbaycan 27-ci pillədədir

  • 01 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda