Kəlbəcərlilərdən prezidentə Eldar Həsənov müraciəti
- 01 Oktyabr 2021
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Kəlbəcərli ziyalılar və Qarabağ müharibəsi veteranları prezident İlham Əliyevə həbsdə olan dövlət xadimi Eldar Həsənovla bağlı müraciət ünvanlayıblar. Dalidag.az saytının məlumatına görə, müraciətdə deyilir:
– Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bir il öncə Sizin rəhbərliyiniz və komandanlığınız altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxın erməni vandallarının işğalı altında qalan Qarabağı, bizim ata-baba torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu şanlı qələbə ilə 1 milyona yaxın soydaşımız kimi biz kəlbəcərlilər də 30 ilə yaxın alnımıza vurulmuş məcburi köçkünlük damğasından xilas ola bildik. Sizin işğaldan azad olunmuş bölgələrimizə tarixi səfərləriniz və oradan bütün dünyaya verdiyiniz mesajlar isə Azərbaycanın bu tarixi torpaqlarının sabahkı xoş gələcəyindən xəbər verir.
Cənab Prezident, Sizə müraciətimiz Azərbaycanın baş prokuroru və bir neçə ölkədə səfiri olmuş Eldar Həsənovun həbsi və taleyi ilə bağlı keçirdiyimiz narahatlıqla bağlıdır. Bizim bu illər ərzində tanıdığımız Eldar Həsənov, özü də dəfələrlə vurğuladığı kimi, hər zaman ümummilli liderimiz Heydər Əliyevə, onun layiqli davamçısı İlham Əliyevə və onların yürütdükləri dövlətçilik siyasətinə sədaqəti ilə seçilib. O, hələ Gəncədə polis rəisi işləyərkən Naxçıvan Ali Məclisinin sədri olan ümummilli liderimiz Heydər Əliyevin xahişi ilə bu bölgəyə göstərdiyi silah-sursat yardımı səbəbindən vəzifəsindən uzaqlaşdırılıb və bir müddət işsiz qalıb. Rəhmətlik Heydər Əliyev onun bu fədakarlığını unutmayıb və hakimiyyətə qayıdandan sonra Eldar Həsənova böyük etimad göstərərək onu baş prokuror təyin edib. O, bu postda işlədiyi illərdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən dövlət quruculuğu və qanunlarımızın aliliyinin möhkəmləndirilməsi yolunda öz qüvvə və bacarığını əsirgəməyib. Sonradan səfir kimi işlədiyi ölkələrdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında danılmaz xidmətlər göstərib. Bizlər də mətbuatdan və televiziya kanallarından zaman-zaman xəbər tutmuşuq ki, Eldar Həsənov Avropanın iki ölkəsində ümummilli liderimiz Heydər Əliyevin abidəsinin qoyulmasına və adına parkların salınmasına nail olub. Onun səfir kimi fəaliyyət göstərdiyi Avropanın iki ölkəsində Xocalı soyqırımının tanınması isə Azərbaycanın beynəlxalq siyasətində böyük uğurlarından sayılıb.
Azərbaycan xalqının ünlü simalarından olan Üzeyir bəyin, Hüseyn Cavidin Avropa ölkələrində abidələrinin qoyulması və digər milli dəyərlərimizin Avropada təbliği Azərbaycan dövlətinin və dövlətçiliyinin böyük uğurlarından hesab edilib. “Kitabi-Dədə Qorqud”un, “Qurani-Kərim”in və yüzdən artıq Azərbaycan ədibinin əsərlərinin Avropa dillərinə tərcüməsinin qayəsində bir amal dayanıb: Azərbaycanı və onun milli-mənəvi dəyərlərini dünyaya tanıtmaq və təbliğ etmək. Bir azərbaycanlı olaraq bizlər də onun bu yorulmaz fəaliyyətindən qürur duymuşuq.
Biz heç də Eldar Həsənovun gördüyü bütün işləri sadalamaq fikrində deyilik. Bilirik ki, o bu işləri Azərbaycan dövləti adına, Azərbaycan Prezidenti adına həyata keçirib və Siz də bunlardan yaxından xəbərdarsınız.
Hörmətli cənab Prezident!
Bu illər ərzində biz insanlarımızın qəlbinə toxunan xoşagəlməz bir hadisənin də şahidi olmuşuq. Görmüşük ki, məlum bir qrup Eldar Həsənovun bacarığına və gördüyü işlərə böyük qısqanclıqla yanaşaraq onu gözdən salmaq üçün əllərindən gələni əsirgəməyiblər. Böyük səlahiyyət və imkan sahibi olan bu şəbəkə 30 il müddətində Eldar Həsənova qarşı qaralama, gözdən salma və əsl informasiya müharibəsi aparıb. Onların bu saysız-hesabsız böhtanları və təxribatları qarşısında Eldar Həsənov həmişə böyük təmkin göstərərək susub, dövlətinə və dövlətçiliyinə daha ürəklə, böyük enerji ilə xidmət edib. Bizi ağrıdan odur ki, sonda onlar yanlış və saxta informasiyalarla dövlətimizin ali rəhbərliyini də nəyəsə inandıra biliblər və Eldar Həsənovun həbsinə nail olublar.
Aparılan istintaq və məhkəmə prosesində ortaya çıxan faktlar, dəlillər bu işin nə qədər qurama və saxta olduğunu bir daha göstərir. Eldar Həsənovun öz həyatına nə qədər təhlükələr olsa da, bu addımın onun özünə hüquqi çətinliklər yarada biləcəyinə baxmayaraq o, məhkəmənin ilk günündən dövlətçiliyimizin zərər görməməsi və imicinin zədələnməməsi naminə prosesin qapalı keçirilməsini tələb edib. Onu həbs elətdirənlər isə heç bir milli mənafe və dövlətçilik təəssübü düşünmədən tez-tələsik bu məhkəməni keçirərək Eldar Həsənovun kitabını birdəfəlik bağlamaq niyyətində olublar. Eldar Həsənovun açıqlamalarından da görürük ki, onun nəinki azadlığının məhdudlaşdırılması, fiziki məhvi belə bu qrupun xoş olmayan planlarına daxildir.
Möhtərəm cənab Prezident!
Qarabağ zəfəri ilə Azərbaycan xalqı ilə onun Prezidenti arasında elə bir mənəvi birlik yaranıb ki, bundan özünü bu dövlətin vətəndaşı sayan hər bir kəs qürur duyar. Lakin bəzi qüvvələr yenə də bu böyük birliyimizə zərər yetirməyə və kölgə salmağa çalışırlar. İnsanları bölgələrə, qruplara bölüb, “bizdən olmayan bizim əleyhimizədir” prinsipi ilə qorxulu bir tendensiya yaradırlar. Düşünürük ki, Eldar Həsənova qarşı qurulmuş bu oyun birbaşa dövlətimizə, onun Prezidentinə qarşı yönəlmiş bir təxribat, xoş olmayan niyyətdir. Siz həmişə açıq bəyan etmisiniz ki, 50 milyonluq Azərbaycan xalqının prezidentisiniz və hər bir azərbaycanlının taleyi Sizin üçün çox əzizdir. Bu gün Eldar Həsənov olduqca ağır xəstədir və həyatı tükdən asılıdır. Onun bu şəkildə həyatını itirə biləcəyi isə milli birliyimizə sağalmaz yara vura bilər. Xahiş edirik ki, bu məsələyə səssiz qalmayasınız. Prosesə müdaxilə edib haqqın, ədalətin öz yerini tapmasına kömək edəsiniz. İnanırıq ki, bizim böyük inam və ümidlə Sizə etdiyimiz müraciətimizi cavabsız qoymayacaqsınız.
1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. O bildirir ki, həbsi və verilən ittihamlar qanunsuz, əsassız, qərəzli və sifarişlidir, tutulmasının həqiqi səbəbi ölkə rəhbərliyinə onun siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağı kimi tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb.
Eldar Həsənov 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti
Eldar Həsənov yenə hospitaldadır
Eldar Həsənovun səhhəti daha da ağırlaşıb
Eldar Həsənovun işi məhkəməyə getdi
Eldar Həsənovun ittiham olunduğu maddələr
Eldar Həsənovun məhkəməsi təyin olunub
Eldar Həsənovun vəkili yeni açıqlama yayıb
Eldar Həsənovun işi: hazırlıq iclasının vaxtı dəyişdi
Eldar Həsənovun vəkili balaca zaldakı böyük problemlərdən söz açır
Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər
Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb”
Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb
Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”
Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi
“Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”
Eldar Həsənov məhkəmədə yenə özünü pis hiss edib
Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib