Azərbaycanda yeni növ koronavirus infeksiyasına ilk yoluxmadan 1 il 7 ay ötür. 2019-cu ilin dekabrında Çində üzə çıxıb 221 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Novator.az bildirir ki, 2021-ci il sentyabrın 28-dək ölkədə 481401 nəfər koronavirusa yoluxub, onların 6476-sı vəfat edib. Orta hesabla hər aya 25,3 min yoluxma, 340 ölüm düşür.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm olub: fevralda 3 yoluxma, martda 295 yoluxma, 5 ölüm, apreldə 1506 yoluxma, 19 ölüm, mayda 3690 yoluxma, 39 ölüm, iyunda 12030 yoluxma, 150 ölüm, iyulda 14354 yoluxma, 235 ölüm, avqustda 4557 yoluxma, 86 ölüm, sentyabrda 3794 yoluxma, 57 ölüm, oktyabrda 15040 yoluxma, 139 ölüm, noyabrda 65907 yoluxma, 662 ölüm, dekabrda 97524 yoluxma, 1249 ölüm rəsmiləşib.
2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 56510 yoluxma, 840 ölüm.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. Son bilgiyə əsasən, 3 milyon 637 minə yaxın şəxs bu prosesi bitirib.