• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da COVİD-dən ölənlərin sayı ispan qripindən ölənlərin sayını keçib

  • 28 Sentyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-da COVİD-19 infeksiyasından ölənlərin sayı 1918-1919-cu illərdə bu ölkədə ispan qripindən ölənlərin sayını keçib.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyinin internet səhifəsində dərc edilən yazıda deyilir ki, bir əsr öncə ispan qripi Amerikada 675 min adamın ölümünə səbəb olmuşdu. Elmin inkişaf etdiyi indiki dövrdə isə COVİD-19 infeksiyasından ABŞ-da 710 minə yaxın adam ölüb və bu rəqəm gündən-günə artır.

1918-1919-cu illərdə dünya əhalisinin sayı indikinin dörddə biri qədər idi. Onda ispan qripi pandemiyası dünyada 50 milyon insanın həyatına son qoymuşdu. Hazırda dünyada COVİD-19-dan ölənlərin sayı 4,7 milyon nəfərdən çoxdur.

“Associated Press” yazır ki, alimlər ispan qripi kimi koronavirusun da tam yoxa çıxmayacağını düşünürlər. Bununla belə onlar peyvəndlərin və təkrar yoluxmanın köməyilə insanların bu xəstəliyə müqavimətinin artacağına və koronavirusun mövsümi xəstəliyə çeviriləcəyinə ümid edirlər.

ABŞ-ın Miçiqan Universitetinin tibb tarixi doktoru Hovard Markel vaksin vurdurmaq hüququ olan hər kəsi peyvəndlənməyə çağırıb.

Emori Universitetinin bioloqu Rustom Antia koronavirusun zökəm kimi bir xəstəliyə çevriləcəyinə ümid etdiyini bildirib, ancaq buna hər hansı zəmanətin olmadığını da vurğulayıb.

“Associated Press” agentliyinin məqaləsində deyilir ki, alimlərin koronavirusun qarşısını almaq üçün ixtira etdikləri peyvəndlər hələlik tam uğur qazana bilməyib. Virusun delta variantının üzə çıxması ilə infeksiyadan ölənlərin sayı yenidən artmağa başlayıb.

Con Hopkins Universitetinin hesabatında ABŞ-da koronavirusdan ölənllərin sayının 710 min nəfərdən çox olduğu göstərilsə də, real rəqəmlərin daha yüksək olduğu ehtimal edilir.

Mütəxəssislər qış aylarında infeksiyadan ölənlərin sayının artacağı sarıdan da narahatdırlar.

Vaşinqton Universitetinin proqnozuna görə, 2022-ci ilin əvvəlinə qədər ABŞ-da COVİD-19 infeksiyası qurbanlarının sayı daha 100 min nəfər arta bilər.

ABŞ əhalisinin 64%-i koronavirus əleyhinə vaksinin ən azı bir dozasını qəbul edib.

Dünya üzrə təqdim olunan statistikaya əsaslansaq, planet əhalisinin ümumilikdə 43%-i peyvəndin bir dozasını qəbul edib.

Afrikanın bəzi ölkələrində isə peyvəndlənmə prosesi hələ yeni start götürür.

ABŞ-ın milli səhiyyə institutlarında təxirəsalınmaz yardım sahələri üzrə tədqiqatların direktoru, qrip haqda kitab yazmış Ceremi Braun bütün pandemiyaların bir sonu olduğunu deyir: “Pandemiyalar zamanı qorxunc situasiyalar yarana bilər. Əgər ABŞ-da adamların çoxu vaxtında peyvəndlənsəydi, COVİD-19 ölkədə bu qədər can almazdı. Bizim hələ də vəziyyəti dəyişmək imkanımız var. Bəzən vaxtında lazımi tədbirləri görə bildiyimiz üçün nə qədər şanslı olduğumuzun fərqinə varmırıq”.

Rustom Antia müasir vaksinlərin ağır xəstəliklər yaradan viruslara qarşı inanılmaz dərəcədə effektli olduğunu vurğulayır və belə məsələlərdə mütəxəssilərə tam arxayın olmağı tövsiyə edir.

ABŞ-ın “Pfizer” dərman şirkətinin rəhbəri bugünlərdə mətbuata açıqlamasında bildirib ki, virus əhəmiyyətli dərəcədə mutasiyaya uğrayarsa, “Pfizer” və “Moderna” şirkətləri texnologiyaların köməyilə 110 gün ərzində yeni vaksinlər istehsal edə bilər. “Pfizer” həmçinin bəyan edib ki, şirkət hazırda yüksək immunitet əldə etmək üçün hər il peyvəndlənməyə ehtiyac olub-olmadığını öyrənir.

Mənbə: Apnews.com

Ən çox qoyulan 20 ad

  • 28 Sentyabr 2021
  • comments

Rusiyalılar xəbəri haradan alırlar?

  • 28 Sentyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Səhiyyə
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda