• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pasportlu “məntiq”

  • 27 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi hökm sürür, həmçinin vaksinasiya gedir, iki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı (koronavirus pasportu) verilir.

Nazirlər Kabinetinin qərarına görə, yaşı 18-dən yuxarı şəxslər idman və sağlamlıq-bərpa obyektlərinə, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, şənlik mərasimlərinə koronavirus pasportu əsasında daxil ola, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilərlər.

Novator.az bildirir ki, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli kafe və restoranlarda tələb olunan koronavirus pasportu məsələsinin çox absurd və məntiqsiz tərəfləri olduğunu yazır: “Sentyabrın 25-də Quba-Xaçmaz bölgəsində görüşdən qayıdarkən nahar etmək üçün bir restoranda dayandıq. Üç nəfər idik, birində koronavirus pasportu yox idi. Restoran işçisi dedi ki, kabinetdə oturmaq olmaz, ancaq açıq havada mümkündür. Hava da soyuq idi.

İşçidə günah yoxdur, Nazirlər Kabinetinin təməlində məntiq olmayan qərarıdır. Hər bir qərarın öz məntiqi olmalıdır, kafe və restoranlarda ümumi istifadə üçün olan zallarda koronavirus pasportu istəyə bilərsiniz, amma neçə saat eyni maşında yol gələn və ayrıca, heç bir kənar şəxsin olmadığı kabinetdə oturmağı qadağan etmək hansı məntiqin, hansı beynin məhsuludur?

Məsələn, eyni ailədən olanların tək birində koronavirus pasportu yoxdursa, onlar niyə kabinetdə yemək yeyə bilməzlər? Ümumi zala buraxma, toya buraxma, çox sayda insanın olduğu məkana buraxma, amma eyni maşında gələn və ya eyni ailədə yaşayanları ayrıca kabinetə niyə buraxmırsınız? Bunun izahı nədir? Bunun virusla mübarizəyə nə dəxli var? Nədən onsuz da zülm çəkən xidmət sektorunu çökdürürsünüz? Bakıda və regionlarda ayrıca kabinetləri olan minlərlə restoran, kafe var, onlar müştərilərdən niyə məhrum olmalıdır?”

Avropa meydanlarında

  • 27 Sentyabr 2021
  • comments

Ərdoğan Putinlə nəyi müzakirə edəcək?

  • 27 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda