• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantində yeniliklər

  • 25 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Nazirlər Kabineti koronavirus infeksiyası fonunda tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması üzrə qərar verib. Qərara görə, 2021-ci il oktyabrın 1-dən şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməsinə yasaq götürülür, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil); mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının (ümumi tutumunun 50 faizindən çox olmamaqla); iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti bərpa edilir.

Nəzərdə tutulan iş və xidmət sahələri saat 00:00-dək fəaliyyət göstərir, qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız koronavirus pasportu (peyvənd sertifikatı və ya immunitet sertifikatı) olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər. Həmin iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin koronavirus pasportunun olması tələb edilir.

Qərara əsasən, şəhər və rayonlardan dəmiryol nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla) həyata keçirilərkən sərnişinlərdən (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) 2021-ci il oktyabrın 1-dən koronavirusa qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, 478715 nəfər koronavirusa yoluxub, onların 6415-i vəfat edib.

2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi hökm sürür.

2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 3 milyon 544 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.

Koronavirus xəstəliyini keçirib rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.

İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.

İki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı verilir.

Peyvənd sertifikatı müddətsizdir.

Eldar Həsənovun məhkəməsində bir mərhələ bitdi

  • 24 Sentyabr 2021
  • comments

Almaniyada seçkini sosial demokratlar udur

  • 27 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda