• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vidadi Mirkamalın pensiya müşkülü

  • 21 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Vidadi Mirkamal üzləşdiyi problemdən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 25 il Bakı Dövlət Universitetinin hüquq fakültəsində mühazirə oxuyub, hüquq mövzulu 14 kitabın və 200-ə yaxın məqalənin müəllifidir: “1992-2000-ci illərdə Ali Arbitraj Məhkəməsinin sədr müavini vəzifəsində işləmişəm. O zaman Ali Arbitraj Məhkəməsi Ali Məhkəmənin orqanı sayılırdı, 2008-ci ildə pensiyaya Ali Məhkəmənin sədr müavini statusunda çıxmışam.

1993-cü ildə mənə 1-ci ixtisas dərəcəli hakim rütbəsi verilib. Qanuna görə, bu ixtisas dərəcəsi alan hakimin maaşına və pensiyasına minimum əməkhaqqının beş misli məbləğində vəsait əlavə edilir. “Əmək pensiyaları haqqında” qanuna əsasən, hakimlərin maaşına edilən əlavələr pensiyaya çıxmış hakimlərə də tətbiq olunmalıdır. Mənimlə birlikdə işləmiş həmkarlarım bu müddəadan yararlandığı halda mənə münasibətdə bu norma tətbiq edilməyib. Ona görə də 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etdim. Aylarla ərizəmə cavab verilmədi. Şifahi olaraq bildirdilər ki, ərizəniz öyrənilir və baxılacaq.

Sonda məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Mən məhkəməyə müraciət edən kimi idarə rəisi ərizəyə mahiyyəti üzrə cavab vermək əvəzinə mənə indiyədək ödənmiş rütbə pulunun qanunsuz olduğu və indiyədək ödənmiş 103 min manat məbləğin geriyə alınması haqda inzibat qərar verdi və həmin qərarla aldığım pensiyanın məbləği minimuma endirildi.

Həmin qərardan da məhkəməyə şikayət verdim. Məhkəmədə şikayətimə baxılmamış qərar icraya yönəldildi və icra məmurları dərhal mənim əmlakımın siyahıya alınmasına başladı. Bu qanunsuz və absurd hərəkətlərin qarşısı uzun hüquqi prodsedurlardan sonra müvəqqəti dayandırıldı. Lakin Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi mənim qanuni tələblərimin əsassız olması barədə absurd qətnamələr qəbul etdilər.

Oktyabr ayında Bakı İnzibati Məhkəməsində 103 min manat məbləğin məndən tutulması barədə işə baxılacaq. Görünən odur ki, yüksək instansiyalardan gələn sifariş əsasında bu işdə də mənim ziyanıma qətnamə qəbul ediləcək. İcra hakimiyyətinin əlində oyuncağa çevrilən məhkəmələrdən başqa qərar gözləmək olmaz”.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində Vidadi Mirkamalla yanaşı AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqaları təmsil olunur.

“Praktiki siyasət” necə təqdim olunur?

  • 21 Sentyabr 2021
  • comments

Yenilənən məktəblər, yeni lisey binası

  • 21 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda