• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

SOCAR-ın reaksiyasına şərh

  • 20 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Sentyabrın 15-dən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzinin litri 1 manat 60 qəpiyə, Aİ-98 (“Super”) markalı benzinin litri 1 manat 90 qəpiyə yüksəlib. İqtisadçı Natiq Cəfərli şərh yayaraq hər iki benzinin qiymətini Dövlət Neft Şirkətinin (SOCAR) qaldırdığını bildirib, qurumu inhisarçılıqda ittiham edib: “SOCAR Aİ-95-də qiymət artımını benzinin dünya qiymətində yüksəlişlə əsaslandırıb. Ölkəyə gətirilən Aİ-95 markalı benzinin 72 faizi Rusiyadan alınır, son iki həftədə həmin ölkədə Aİ-95 markalı benzinin litrinin pərakəndə satış qiyməti bizim pulla 22 qəpik azalıb. Sentyabrın 15-də Aİ-95-in litri Rusiyada 49,76 rubla satılıb, bu isə 1 manat 17 qəpik edir.

Topdansatış qiyməti 10 faiz ucuzdur – SOCAR topdansatış qiyməti və daimi müştəri endirimi ilə alır, deməli, Aİ-95-in litri SOCAR-a təqribən 1 manat 5 qəpiyə başa gəlir. Daşınma xərci hər litrə görə maksimum 2-3 qəpikdir. SOCAR Aİ-95-i Rusiyadan 1 manat 7 qəpiyə alıb niyə 1 manat 60 qəpiyə satır?”

Sentyabrın 17-də SOCAR-ın mətbuat xidməti bəyan edib ki, hazırda Azərbaycana gətirilən Aİ-95 markalı benzin Rusiya mənşəli deyil, xaricdən gətirilən yanacağın qiyməti beynəlxalq indekslər əsasında formalaşır, adətən satıcılar qiymətin üzərinə müəyyən əlavələr edir, həm də idxal edilən yanacağın maya dəyərinə onun daşınma xərcləri, aksiz vergisi kimi idxala aid ödənişlər də daxildir.

Novator.az-ın məlumatına görə, SOCAR-ın reaksiyasını şərh edən Natiq Cəfərli yazır ki, 2020-ci ildə Azərbaycana 65,1 min ton Aİ-95 benzini idxal edilib, bunun 39,3 min tonu Rusiyadan gətirilib: “Bu ölkədən idxal edilən Aİ-95 markalı benzinin dəyəri 23,4 milyon dollar göstərilib. 2021-ci ilin yanvar-aprel aylarında da Azərbaycana Aİ-95-in əsas ixracatçısı Rusiya olub. Bu ölkədən Azərbaycana 26,1 milyon dollar dəyərində 39 min tondan bir az çox Aİ-95 gətirilib.

2021-ci ilin yanvar-iyul aylarında idxal olunan Aİ-95 markalı benzinin 1 litrinin gömrük dəyəri ortalama 53 sent (90 qəpik) həddində rəsmiləşib. Bunun üzərinə rüsumu, 18 faiz əlavə dəyər vergisini, yol xərcini də gəlsən, 1 manat 15 qəpik həndəvərində olacaq.

Deyə bilərlər ki, bu, iyul ayı daxil qiymətlərdir, bəli, avqustda Rusiyada benzin bahalaşıb, amma indi, sentyabrın əvvəlindən iyul qiymətlərinə geri dönülüb, ancaq SOCAR Aİ-95-in litrini Azərbaycanda 1 manat 60 qəpiyə satır. SOCAR iddia edir ki, Rusiyadan Aİ-95 alınmır, rəsmi rəqəmlər isə bunun əksini göstərir”.

Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

Böyük beşlikdə

  • 20 Sentyabr 2021
  • comments

Azərbaycanda siyasət və siyasətçilərin məhv etdiyi...

  • 20 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropalı gənclər demokratiyadan üz çevirir? “YouGov”-un sorğusu

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Avropalı gənclər demokratiyadan üz çevirir? “YouGov”-un sorğusu

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda