2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi bu ölkə ilə səkkiz aylıq ticarət dövriyyəsini 5,1 milyard dollar göstərir.
Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır:
Türkiyə – 2,8 milyard dollar
Rusiya – 1,7 milyard dollar
Çin – 1,1 milyard dollar
Almaniya – 659,8 milyon dollar
Ukrayna – 605,7 milyon dollar
Hindistan – 588,9 milyon dollar
İspaniya – 563,6 milyon dollar
Xorvatiya – 549,2 milyon dollar
Gürcüstan – 532,4 milyon dollar
İsrail – 484,2 milyon dollar
Böyük Britaniya – 480,3 milyon dollar
ABŞ – 347,5 milyon dollar
Tunis – 347,4 milyon dollar
Portuqaliya – 315 milyon dollar.