• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vüsal Qasımlının müsahibəsinə qeydlər

  • 15 Sentyabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Natiq Cəfərli

Report.az-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının müsahibəsini maraqla oxudum, bəzi tezislərinə qeydlərim var.

Tezis 1: İcmal büdcənin bu ilin ilk yarısında 2,6 milyard manata yaxın profisiti dövlətin aktivlərini artırır.

Qeyd: Pandemiya üzündən iqtisadi aktivliyin azaldığı dövrdə bütün hökumətlər əlavə təşviq paketləri qəbul edir, biznesə və əhaliyə yardımları artırır, iqtisadiyyatın çarxlarının dönməsinə kömək göstərir. Vətəndaşlara yardımlar edilir ki, xərcləri artırsınlar, vətəndaş xərclədikcə iqtisadiyyat canlanır, bu, biznesə də dəstək olur. Yəni icmal büdcədə artıqlığın (profisitin) yaranması indiki zamanda nə qədər fəxr edilməli və ya “uğur” kimi vurğulanmalı məsələdir? Bəlkə tam əksinə, xərcləmələri, biznesə, vətəndaşa yardımları artırmaq daha doğru olardı?

Tezis 2: Bu ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Neft Fondundan transfert istisna olmaqla 11,2% artıb, xərclər 1,2% azalıb.

Qeyd: Büdcə gəlirlərinin artması yaxşıdır, bəs xərcləri nədən azaldırlar? Tam tərsi olmalı deyilmi? Hətta Avropa İttifaqı ölkələri büdcə xərcləmələrinə sərt nəzarəti aradan qaldırır, xərcləmələrin artması yolu ilə iqtisadiyyata dəstək olmağa çalışır. Azərbaycanda elə bir primitiv iqtisadi sistem qurulub ki, büdcə xərcləmələri olmasa, iş yerləri yaranmır, iqtisadi artım zəifləyir – problem budur.

Tezis 3: Bu ilin birinci yarısında Dövlət Vergi Xidməti büdcə qarşısında proqnoza 24,4%, Dövlət Gömrük Komitəsi 14,6% çox əməl edib.

Qeyd: Vergi və gömrük daxilolmalarının artması ümumən müsbət məsələdir, amma artım nəyin hesabına olub? Bu ilin ilk rübündə ümumi daxili məhsulda (ÜDM) artım qeydə alınmadı, hətta yanvar ayında ÜDM keçən ilin yanvar ayına nisbətən 2,5% azalmışdı. Deməli, vergi-gömrük daxilolmalarının artması iqtisadi fəallığın yüksəlməsi hesabına başa gəlmir.

Çox güman, daxilolmalar vergi-gömrük sahəsində “ağartmanın” nəticəsidir. Təbii ki, iqtisadiyyatın “ağarması” müsbət tendensiyadır, amma bu addımın digər komponentləri, kompleks yanaşma olmayanda ödənən hər manat istehlakçının cibindən çıxır! Vergi-gömrük kolxoz deyil ki, plandan əlavə məhsul yığımı ilə fəxr etsin, iş adamının ödədiyi hər artıq manat qiymətlərin artmasına, bahalığa səbəb olur, bunu sonda vətəndaş ödəyir.

Ölkədə qiymət artımının sürətlə getməsinin əsas səbəblərindən biri məhz vergi-gömrük siyasətinin doğru qurulmamasıdır. Gömrük rüsumlarının və vergilərin ölkənin tələbatına uyğunlaşmadan “hərfi” tətbiqi bahalığı, inflyasiyanı artırır. Ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara ən yüksək gömrük rüsumlarının tətbiqi, gömrük orqanlarının özbaşına qiymətqoyma siyasəti və özlərinin təyin etdiyi qiymətdən rüsum, əlavə dəyər vergisi hesablama praktikası büdcəyə əlavə vəsait gətirsə də, iş adamlarına yük olur, sonda vətəndaş bunu cibindən ödəyir.

Tezis 4: Azərbaycanda pul bazası 2020-ci ilin əvvəli ilə müqayisədə hazırda 23%-ə qədər genişlənib, amma inflyasiya aşağı həddə qalır.

Qeyd: Pul bazası az qala 25% artıbsa və inflyasiya, Vüsal müəllimin dediyinə görə, aşağı həddədirsə, deməli, ölkə iqtisadiyyatı xəstədir. Ya inflyasiya doğru hesablanmır, ya da daha böyük, xroniki problemlər var. Yəni iqtisadi nəzəriyyəni şübhə altına qoyan məsələdir, fəxr mənbəyi yox, ciddi araşdırma mövzusudur. Ona görə də insanlarımız dövlətin rəsmi rəqəmlərinə, əsasən də inflyasiya ilə bağlı aşağı rəqəmlərə inanmır, hər gün mağazalarda gördüyü qiymət artımı ilə rəsmi mediadan, məmurlardan eşitdiyi aşağı inflyasiya rəqəmləri toqquşur, bu isə vətəndaş-dövlət münasibətləri üçün ciddi təhlükədir.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Reytinq incəlikləri

Virusla davranış

İki məqam, bir nəticə

Gücün yumşağı

“Dövlətin malı dəniz”…

Yolumuz

Virusla birgə

Çətin bircə yol

Bakıdan bölgələrə…

Alternativ olmaq

Çevriliş nöqtəsində

Çətin xidmətdə

  • 15 Sentyabr 2021

Sahələr üzrə orta maaş

  • 15 Sentyabr 2021

Son materiallar

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

Son materiallar

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
ManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
ManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
ManşetXəbər

Zülmün nümayişi

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
ManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
AktualManşetXəbər

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

comments
ManşetXəbər

Səfər anonsları

comments
ManşetXəbər

Valyutaların yarım ili

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
AktualManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
AktualManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
AktualManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda