Rəsmi hesabata görə, 2021-ci il sentyabrın 13-dək Azərbaycanda 460092 nəfər koronavirus infeksiyasına yoluxub, onların 6103-ü vəfat edib.
Novator.az bildirir ki, ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, il 218700 yoluxma, 2641 ölümlə bitib.
2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 35201 yoluxma, 467 ölüm.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 3 milyon 103 minə yaxın şəxs peyvəndlənmə prosesini bitirib.