• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu Ali Məhkəmədən bəraət istəyir

  • 10 Sentyabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Azadlıqdan şərti məhrumetmə cəzası çəkən siyasətçi Tofiq Yaqublu Ali Məhkəməyə şikayət edib. Sentyabrın 10-da Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, vəkili Elçin Sadıqovun təqdim etdiyi şikayətdə bəraət istəyi yer alır.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu 2020-ci il martın 22-də tutulub. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə paytaxtın Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etməyərək bildirib ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin siyasətçiyə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayəti üzrə yekun iclas keçirib, 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu şərti cəzanı da qanunsuz sayır, bəraət istəyir. O, sentyabrın 10-da Novator.az-a deyib ki, cinayət işi saxtadır: “Qanunsuz cəza çəkirəm, buna son qoyulmasını tələb edirəm”.

Siyasətçi əlavə edib ki, Ədliyyə Nazirliyinin Suraxanı rayonundakı icra qurumu sentyabrın 9-da ona rəsmi məktub göndərib: “Absurd cinayət işinə görə aparılmış məhkəmə prosesində ekspertizaya çəkilmiş 314 manat xərci boynuma qoyublar, 10 gün ərzində ödəməliyəm”.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azad olmaq Tofiq bəyin haqqıdır”

Tofiq Yaqublu palataya köçürülüb

Aclığın 14-cü günü: vəziyyət gərgindir

Tofiq Yaqublu sudan da imtina edə bilər

Yoldaşı Tofiq Yaqubluya baş çəkib

Aclıq davam edir, yeni müayinə və müraciət var

Tofiq Yaqublu: azadlıq məsələsinə bu gün baxılır

Tofiq Yaqublu azad edildi

Tofiq Yaqublunun məhkəməsi: bir vəsatət təmin olundu

Xitam tələbi

Tofiq Yaqublunun məhkəməsi başqa vaxta qaldı

Qərar ərəfəsində

Məhkəmə təxirə düşdü

Cəza dəyişdi

Azərbaycan Avropanın qara siyahısında

  • 10 Sentyabr 2021

Uşaqların peyvəndlənməsi: Avropa statistikası

  • 10 Sentyabr 2021

Son materiallar

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

Rəylər

Do not miss

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

Son materiallar

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Xəbər

Yeni mərkəzin statusu

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Xəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda