• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Nə qədər ki, belə xaos olacaq…”

  • 09 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Sentyabrın 7-də yeni gənclər və idman naziri Fərid Qayıbovu video formatında qəbul edən prezident İlham Əliyev idman sahəsində buraxılan nöqsanları ciddi araşdırmağı tapşırıb: “Xüsusilə olimpiya oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub. Mövcud vəziyyət ciddi təhlil edilməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir.

Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb, təkcə bölgələrdə 50-yə yaxın olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda peşəkar idmançılar yetişsin. Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni biz nəticə çıxarmalıyıq”.

Novator.az-ın məlumatına görə, iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, ölkənin olimpiya kompleksləri bərbad idarəetmənin qurbanı olub: “Bu idman qurğularının mülkiyyətçisi belə qarışıqdır. Bütün komplekslər haqqında məlumat tapmasam da, üzdə olan rəsmi bilgiyə əsasən, 47 olimpiya kompleksinin 16-sını Gənclər və İdman Nazirliyi, 12-sini müxtəlif özəl şirkətlər, 3-nü Milli Olimpiya Komitəsi, 2-sini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi inşa edib. Yaxşı, indi bu komplekslər kimə məxsusdur? Saxlanma xərclərini hansı qurum çəkir? Olimpiya komplekslərinin hamısı Gənclər və İdman Nazirliyinin balansında deyilsə, nazir o qurğuların işini necə tənzimləyəcək? Bu sualların cavabı olmadan nazirdən nə iş gözləyə bilərik?

İdman növlərin hərəsinin öz federasiyası, hər federasiyanın da öz məmur prezidenti var. Yaxşı, indi nazirliyin səlahiyyəti harada başlayıb, harada bitir? Məsuliyyəti nədir? Məsələn, Boks Federasiyasına fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentlik edir. Boksdakı nəticələrə kim cavabdehdir – federasiya, ya Fövqəladə Hallar Nazirliyi? İdman məktəblərinin yaranması və fəaliyyəti kimə bağlıdır – Gənclər və İdman Nazirliyinə ya federasiyalara?

Ölkədə ən ciddi məsələ hər sahədə məsuliyyət və səlahiyyət bölgüsündə xaosun olmasıdır, nə qədər ki, belə xaos olacaq, idmana elmi, institusional yanaşma olmayacaq, biz normal nəticələr də görməyəcəyik”.

Azərbaycan idmançıları bu il Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 3 gümüş, 4 bürünc medal əldə edib.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın yarışdığı əvvəlki 6 olimpiadada 7 qızıl, 11 gümüş, 24 bürünc medal (1996-cı ildə 1 gümüş, 2000-ci ildə 2 qızıl, 1 bürünc, 2004-cü ildə 1 qızıl, 4 bürünc, 2008-ci ildə 1 qızıl, 1 gümüş, 4 bürünc, 2012-ci ildə 2 qızıl, 2 gümüş, 5 bürünc, 2016-cı ildə 1 qızıl, 7 gümüş, 10 bürünc) qazanılmışdı.

Mu variantı barədə nə bilirik? – “Vaşinqton ...

  • 09 Sentyabr 2021
  • comments

Bənzəri olmayan “oxşarlar” taktikası – “The ...

  • 09 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda