• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konstitusiya Məhkəməsindən əmək mübahisələri şərhi

  • 07 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsinin müraciətini nəzərə alan Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsini, 294-cü və 296-cı maddələrini şərh edib.

Novator.az bildirir ki, 3-cü maddənin 1-ci hissəsinə görə, müəssisə dedikdə mülkiyyətçinin Azərbaycan qanunvericiliyinə müvafiq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür.

294-cü maddədə qeyd olunur ki, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr baxır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılır.

296-cı maddəyə əsasən, işçi fərdi əmək mübahisələrinə baxan orqana hüququnun pozulduğu aşkarlanan gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Başqa hallarda fərdi əmək mübahisəsinin həlli üçün hüququn pozulduğu aşkar olunan gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət imkanı nəzərdə tutulur. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüququn pozulduğu aşkar olunan gündən etibarən 1 il ərzində məhkəməyə müraciət imkanı var.

Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə, işçi ilə əmək müqaviləsini mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan bağlayıbsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi işçilərin sayı və ya ştatların ixtisar olunması əsası ilə ləğv edilməlidir.

Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanıbsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə müəssisənin ləğvi əsası ilə ləğv olunmalıdır.

Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.

Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində iddia müddətlərini tətbiq edərkən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

60 yaşın “Şöhrət”i

  • 06 Sentyabr 2021
  • comments

Dolların 3 il yarımı

  • 07 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda