Son rəsmi hesabata görə, Azərbaycanda 442872 nəfər koronavirus infeksiyasına yoluxub, onların 5842-si vəfat edib.
Ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölüm olub.
Novator.az bildirir ki, 2021-ci ilin göstəriciləri belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 17981 yoluxma, 206 ölüm.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 2 milyon 876 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.
Koronavirus xəstəliyini keçirib rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.
İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
İki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı verilir.
Peyvənd sertifikatı müddətsizdir.