• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvəndə çağırış, tövsiyə

  • 02 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

AXCP sədri Əli Kərimli əhalinin koronavirusa qarşı peyvəndə inamsızlığı problemindən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, peyvəndə inamsızlığın əsas səbəbi hakimiyyətə və ölkənin səhiyyə sisteminə etimadsızlıqdır. Koronavirus infeksiyasının bəşəri bəla olduğunu vurğulayan Əli Kərimli yazır ki, dünyanın ən güclü ölkələri və alimləri 2 ilə yaxındır bu bəlaya qarşı çarə axtarır: “Bu məqsədlə 10 milyard dollarla vəsait xərclənib. Hələlik əldə olunan ən təsirli vasitə peyvənd sayılır. Bu məsələnin geosiyasi tərəfi yoxdur. Qərb də, Rusiya da, Çin də, Türkiyə də, İran da, bütövlükdə müsəlman dünyası da qəbul edir ki, hələlik həyatımızı qorumaq üçün vaksindən yaxşı çarə yoxdur.

Bu məsələnin siyasi tərəfi də yoxdur. Hər yerdə hökumətlər də, müxalifət partiyaları da qəbul edir ki, bəladan itkiləri azaltmaq üçün peyvənd olunmaq lazımdır.

Ancaq peyvənd məcburi olmamalıdır. Bir çox adama xəstəlikləri səbəbindən peyvənd vurula bilməz. Problem ondadır ki, Azərbaycan hakimiyyəti ən yaxşı təşəbbüsləri də üz-gözünə bulaşdırıb həyata keçirdir. Peyvəndə əks göstərişi olan adamları peyvəndə məcbur etmək cinayətdir”.

Əhalini peyvənd olunmağa çağıran Əli Kərimli yazır: “Özüm də, ailəm də peyvənd olunmuşuq. Ancaq səhhətinizdə peyvəndə əks göstəricilər varsa, onda da peyvənddən imtina etməkdən qorxmayın. Lazım olsa, sizə olan təzyiqləri ictimailəşdirin”.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 210 ölkə, ərazi və məkanda 4 milyon 545 mindən çox adamın ölümünə səbəb olub.

Azərbaycanda 428736 nəfər koronavirus infeksiyasına yoluxub, onların 5677-sı vəfat edib.

2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 2 milyon 731 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.

1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.

1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.

AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postunu 2001-ci ildən tutur. Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

Dünya liderlərinə münasibət – Sorğunun nəticələri

  • 02 Sentyabr 2021
  • comments

Vəkildən hakimə Rövşən Əkbərov ittihamı

  • 02 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda