• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Partiya koronavirus pasportu mübahisəsi açır

  • 01 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Respublikaçı Alternativ Partiyası Azərbaycanda koronavirus pasportunun tətbiqi metodunu konstitusiyaya zidd sayır. Novator.az-a danışan Siyasi Komitə üzvü Natiq Cəfərli deyib ki, partiya qaydanın ana qanuna uyğunluğuna aydınlıq gətirməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verməyə hazırlaşır: “Koronavirus pasportunun indiki kimi tətbiqi, o cümlədən sentyabrın 1-dən qüvvəyə minən yeni qaydalar vətəndaşların bərabərlik hüququnu pozur”.

2020-ci ildə dövlət qeydiyyatına alınmış Respublikaçı Alternativ Partiyasına İlqar Məmmədov sədrlik edir. Partiya Milli Məclisdə 1 mandatla təmsil olunur.

Son rəsmi hesabata görə, Azərbaycanda 424891 nəfər koronavirus infeksiyasına yoluxub, onların 5636-sı vəfat edib.

2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 2 milyon 692 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.

Koronavirus xəstəliyini keçirib rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.

İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.

İki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı verilir.

Peyvənd sertifikatı müddətsizdir.

Nazirlər Kabinetinin qərarına görə, avqustun 1-dən idman və sağlamlıq-bərpa obyektlərinə yalnız koronavirus pasportu (peyvənd sertifikatı və ya immunitet sertifikatı) olan şəxslər (yaşı 18-dən aşağı olanları çıxmaqla) buraxılır.

Sentyabrın 1-dən dövlət orqanları (qurumları) əməkdaşlarının, habelə tibb, əczaçılıq, elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin koronavirusa qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir.

Ali təhsil və orta ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərin koronavirus pasportu olmalıdır.

Yaşı 18-dən yuxarı şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız koronavirus pasportu olduğu halda istifadə edə bilərlər. Şənlik mərasimlərinə giriş üçün də eyni qayda tətbiq olunur.

İşsizin pulunu kəsirlər

  • 01 Sentyabr 2021
  • comments

Sentyabrın start qiyməti

  • 01 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
Xəbər

Yarım ilin 20 populyar adı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
Xəbər

Yarım ilin 20 populyar adı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda