Yeni hesabata görə, Azərbaycanda 424891 nəfər koronavirus infeksiyasına yoluxub, onların 5636-sı vəfat edib.
Ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Həmin il 218700 yoluxma, 2641 ölüm olub: fevral – 3 yoluxma, mart – 295 yoluxma, 5 ölüm, aprel – 1506 yoluxma, 19 ölüm, may – 3690 yoluxma, 39 ölüm, iyun – 12030 yoluxma, 150 ölüm, iyul – 14354 yoluxma, 235 ölüm, avqust – 4557 yoluxma, 86 ölüm, sentyabr – 3794 yoluxma, 57 ölüm, oktyabr – 15040 yoluxma, 139 ölüm, noyabr – 65907 yoluxma, 662 ölüm, dekabr – 97524 yoluxma, 1249 ölüm.
Novator.az bildirir ki, 2021-ci ilin göstəriciləri belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm.
Koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi ölkə ərazisinə giriş-çıxışa, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna məhdudiyyət, dəfn istisna olmaqla yas mərasimlərinə, kütləvi tədbirlərə, ictimai yerlərdə şəxslərin gur cəmləşməsinə, istirahət və əyləncə məkanlarının, bir çox mədəniyyət obyektinin fəaliyyətinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinə, masaj və hamam xidmətlərinin göstərilməsinə, şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməsinə yasaqlar nəzərdə tutur.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 9:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətləri də qadağandır.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 2 milyon 692 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.
Koronavirus xəstəliyini keçirib rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.
İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
İki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı verilir.
Peyvənd sertifikatı müddətsizdir.
Sentyabrın 1-dən dövlət orqanları (qurumları) əməkdaşlarının, habelə tibb, əczaçılıq, elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin koronavirusa qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir.
Ali təhsil və orta ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərin koronavirus pasportu olmalıdır.
Yaşı 18-dən yuxarı şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız koronavirus pasportu olduğu halda istifadə edə bilərlər. Şənlik mərasimlərinə giriş üçün də eyni qayda tətbiq olunur.