• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstanla fərqimiz

  • 30 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

2020-ci il martın 31-dən Azərbaycanda koronavirus pandemiyası üzündən xüsusi karantin rejimi hökm sürür, yasaqları pozmaq inzibati məsuliyyətə gətirir.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli Gürcüstan hökumətinin karantin rejimi qaydalarının pozulması çərçivəsində yazılmış cərimələri silməsinə diqqət çəkib: “Hökumətin qərarı ilə 245 min fiziki şəxs və 344 min hüquqi şəxs karantin cəriməsindən azad edilib. Azərbaycanda isə karantin rejimi qaydalarını pozduğuna görə cərimələnən şəxslər axtarışa verilməklə hədələnir.

İndi sadə azərbaycanlı baş sındırır ki, axı necə olur yalnız neft satışından 155 milyard dollar pul qazanan bizim ölkədir, vətəndaşın cəriməsini silən Gürcüstan hökuməti? Axı necə olur 50 milyard dollar valyuta ehtiyatı, büdcəsində xeyli artıqlıq olan bizim ölkədir, 589 min cəriməni silən isə kasıb Gürcüstanın hökuməti?

Cavab sadədir. Gürcüstanda hökuməti xalq seçir. Burada isə hakimiyyət zəbt olunub, seçilmir. Xalqa saymazyana, insafsız, qəddar münasibətin də səbəbi budur. Bizim siyasətə qarışmamağımız”.

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimələnir.

Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə həmin tələblərin pozulmasının qarşısını almamağa görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 300 manat məbləğində, hüquqi şəxslərə 600 manat məbləğində cərimə tətbiq edilir.

Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.

Bu yaxınlarda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bəyan edib ki, karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələr 30 gün müddətində ödənməlidir: “Cərimə ödənməsə, ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir, məhkəmə onun ödənməsi üçün tədbirlər görülməsini təmin edir. Şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir, tapılaraq cərimə ödətdirilir”.

Yaxın ölkələrdə pensiya yaşı

  • 30 Avqust 2021
  • comments

Şuşada Vaqif Poeziya Günləri

  • 30 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda