• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Donor orqanları üzrə tibb müəssisələrinin siyahısı

  • 25 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Nazirlər Kabineti donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını təsdiqləyib. Novator.az siyahını təqdim edir:

Respublika Kliniki Uroloji Xəstəxanası – böyrəklər

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı – qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalı – qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi

Milli Oftalmologiya Mərkəzi – gözün buynuz qişası

Mərkəzi Neftçilər Xəstəxanası – qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası

Mərkəzi Klinika – böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

Respublika Müalicəvi Diaqnostika Mərkəzi – ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

Milli Hematologiya və Transfuziologiya Mərkəzi – sümük iliyi

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası – qaraciyər, böyrəklər

Gəncə Müalicə Diaqnostika Mərkəzi – böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, – sümük iliyi

“Dünya Göz Azərbaycan” – gözün buynuz qişası

Bakı Sağlamlıq Mərkəzi – qaraciyər, ağciyər, böyrəklər

Baku Medical Plaza – ağciyər.

2022-ci il yanvarın 1-dən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minir.

Sənəd reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Donor orqanların və toxumaların siyahısına əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan transplantasiya məqsədilə götürülə bilən orqanlar bunlardır: ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.

Meyit donordan götürülmüş donor orqanların resipiyentlər arasında bölgü ardıcıllığı vahid dövlət informasiya bazasındakı məlumatlar əsasında elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə həyata keçirilir.

Azərbaycanda donor orqanların ticarəti və reklamı qadağandır.

Mərkəzi Bankın bölgə hesabatları

  • 25 Avqust 2021
  • comments

Pensiyaçıların sayı necə dəyişib?

  • 25 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda