Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard 379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz artıb.
Hesabata görə, yeddi ayda istehlaka xərclənən vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi digər qeyri-ərzaq mallarının payına düşüb.
Başqa bir rəsmi açıqlamaya əsasən, yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2020-ci ilin ilk yarısı ilə müqayisədə faktiki qiymətlərlə 24,7 faiz artıb, real ifadədə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalıb.