Hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Xəbəri avqustun 6-da “Turan” yayıb.
Oqtay Gülalıyevin səhhəti avqustun 5-də pisləşib. Ona qida qəbulu üçün qoyulmuş boru səhər saatlarında sıradan çıxıb. Paytaxtdakı Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılan hüquq müdafiəçisinə müvəqqəti qida borusu qoyulub, ancaq evdə qida qəbulu zamanı onda titrəmə, hərarət yüksəlişi başlayıb. Axşam saatlarında müayinə üçün Mərkəzi Klinikaya aparılan hüquq müdafiəçisi sonra Elmi Cərrahiyyə Mərkəzinə qaytarılmışdı.
“Turan”ın 6 avqust məlumatına görə, Oqtay Gülalıyevin vəziyyəti sabit ağırdır. O, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müayinə və dəqiq diaqnoz qoyulması üçün aparılıb. Sonradan məlumatı yeniləyən “Turan” bildirib ki, bu tibb ocağında kompüter tomoqrafiyası aparatı işlək vəziyyətdə olmadığı üçün Oqtay Gülalıyev paytaxtdakı “EGE Hospital”a köçürülüb.
Report.az-ın məlumatına görə, Oqtay Gülalıyev “EGE Hospital”ın reanimasiya bölməsindədir, onun müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz üzərinə götürüb.
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü olduğu deyilən Kənan Abdullayevin idarə etdiyi minik avtomobili ilə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Hüquq müdafiəçisi həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub, 2020-ci il noyabrın 8-də Bakıya, evinə gətirilib.
Oqtay Gülalıyev müxalif mövqeyi ilə tanınıb. O, 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Kənan Abdullayevin cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı sürücü barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar
Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib
Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü
Oqtay Gülalıyev İstanbula aparıldı
Oqtay süni nəfəs aparatından çıxarılıb
Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb
Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Oqtay Gülalıyev palataya köçürülüb
Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması
Komada olan hüquq müdafiəçisi gözünü açıb
Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb
“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü
Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib
Oqtay Gülalıyev dördüncü dəfə başından əməliyyat olunub
Mehman Əliyev baş prokurora müraciət edib
Oqtay Gülalıyevin səhhəti pisləşib
Oqtay Gülalıyevin vurulması: məhkəmə sürücüyə iş kəsdi
Əli Kərimli Oqtay Gülalıyevə baş çəkib