• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin səhhəti pisləşib

  • 05 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 5-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib. “Turan”ın məlumatına görə, ona qida qəbulu üçün qoyulmuş boru səhər saatlarında sıradan çıxıb. Paytaxtdakı Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılan hüquq müdafiəçisinə müvəqqəti qida borusu qoyulub, ancaq evdə qida qəbulu zamanı onda titrəmə, temperatur yüksəlişi başlayıb.

Oqtay Gülalıyevin müayinə üçün Mərkəzi Klinikaya aparıldığı, sonra Elmi Cərrahiyyə Mərkəzinə qaytarıldığı bildirilir.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən taksi sürücüsü olduğu deyilən Kənan Abdullayevin idarə etdiyi minik avtomobili ilə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Hüquq müdafiəçisi həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub, 2020-ci il noyabrın 8-də Bakıya, evinə gətirilib.

Oqtay Gülalıyev müxalif mövqeyi ilə tanınıb. O, 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Kənan Abdullayevin cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı sürücü barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.

Rəislik başladı

  • 05 Avqust 2021
  • comments

Truskavets Azərbaycanda

  • 05 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda