Qolsuz gün
UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Neftçi” komandası ikinci mərhələnin ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, iyulun 21-i Yunanıstanda “Olimpiakos”la görüşən bakılılar 0:1 hesabı ilə uduzublar. Mərhələ keçəcəyi halda “Neftçi” üçüncü raundda (3-10 avqust) “Mura” (Sloveniy...
Moskvada görüş
İyulun 20-də prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Dövlət başçıları Kremldə bir araya gəlib. Görüşdə ikitərəfli münasibətlərə toxunulub, iqtisadi sahədə, koronavirus infeksiyası ilə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin ...
Ermənistan: müdafiə naziri səlahiyyətlərinin icraçısı istefa verdi
Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Novator.az bildirir ki, Vaqarşak Arutyunyan 1956-cı ildə Gürcüstanda anadan olub. Bakıdakı Xəzər Ali Hərbi Dəniz Məktəbini, Hərbi Dəniz Akademiyasını (Sankt-Peterburq) və SSRİ Silahlı Qüvvələri Baş...
Peyvənd olunmayanların peşmanlığı – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində “Peyvəndlənməmiş adamlar xəstəxanaya düşəndən sonra vaksin vurdurmamağın peşmanlığını çəkirlər” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, koronavirus əleyhinə peyvəndlənməyən və hazırda COVİD-19 diaqnozu ilə xəst...
Moldovada mandat bölgüsü
Moldovanın Mərkəzi Seçki Komissiyası iyulun 11-də keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, iyulun 19-da verilən qərara görə, prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 101 nəfərlik parlamentə 63 mandat əldə edir. Kommunist və S...
Azərbaycan komandalarının mümkün rəqibləri
UEFA-nın klub turnirlərində Azərbaycanı təmsil edən komandaların yeni mümkün rəqibləri bəlli olub. Novator.az bildirir ki, iyulun 19-da atılan püşkə əsasən, Çempionlar Liqasında yarışan “Neftçi” ikinci raundda (20-28 iyul) Yunanıstandan “Olimpiakos”u keçəcəyi halda üçüncü mərhələdə (3-10 avqust) “Mu...
Pandemiya şəhərlərə necə təsir göstərir? – “The Economist”
Böyük Britaniyanın “The Economist” jurnalında koronavirus pandemiyasının şəhərlərə təsiri haqqında məqalə dərc olunub. Redaksiya heyəti adından təqdim edilmiş məqalənin başlığı orijinalda belədir: “COVİD-19 amerikalılara şəhər mərkəzlərini tərk etməyə əsas versə də, onlar həmin mərkəzlərdən uzaqlaşm...
Müdafiə nazirindən göstərişlər
İyulun 19-u Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin qatıldığı müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə ...
Hasilat artacaq
İyulun 18-də OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələrinin (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan)...
Prezidentdən sülh bəyanatı
Dövlət başçısı İlham Əliyev iyulun 18-i Bakıda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə bir araya gəlib. Görüşlərdən sonra keçirilən mətbuat konfransında dövlət başçısı deyib ki, Şarl Mişellə əməkdaşlıq, planlar, nailiyyətlər barədə çox səmərəli, uzun müzakirələr aparıb: “Avropa İttifaqı bi...
ABŞ-ın keçmiş dövlət katibi: “Putini xərcə salmaq gərəkdir”
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo prezident Cozef Baydenin Rusiyanın təşkil etdiyi kiberhücumlara verdiyi cavabı müzakirə etmək üçün bu həftə “Fox TV”də yayımlanan “Dan Boncino ilə olduğu kimi” proqramına qoşulub. Ötən ay ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladmir Putin İsveçrənin...
Paşinyanın yeni hökumət yolu açıldı
İyulun 17-də Ermənistanın Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkisinin rəsmi nəticələrindən şikayətlər üzrə yekun qərar çıxarıb. Novator.az bildirir ki, növbədənkənar parlament seçkisi iyunun 20-də keçirilib. Proporsional sistemin tətbiq olunduğu seçkiyə 21 siyasi partiya, 4 blok qatılı...
Azərbaycan beynəlxalq koronavirus statistikasında
İyulun 17-nə olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 4 milyon 94,5 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, Azərbaycan 4990 ölümlə 63-cü sırada durur. Rusiya 6-cı yerdə (147655 ölüm), İran 13-cü yerdə (86966 ölüm), Ukrayna 18-c...
Azərbaycanın olimpiada medalları
2020-ci ildə koronavirus pandemiyası üzündən bu ilə qalmış Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Yaponiya paytaxtındakı oyunlar 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın qatıldığı 7-ci olimpiadadır. Əvvəlki 6 olimpiadada ümumilikdə 42 medal əldə olun...
Neftsiz ixracın əsas ünvanları
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 1 milyard 162,3 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az əsas ünvanların siyahısını diqqətə çatdırır: Rusiya – 403,8 milyon dollar Türkiyə – 309,4 milyon dollar İsveçrə – 117,5 milyon dollar Gü...
Koronavirus məhdudiyyəti yumşaldılan kimi norovirus baş qaldırıb
Koronavirus infeksiyasına görə tətbiq olunan məhdudiyyətlər yumşaldılan kimi norovirus infeksiyasına yoluxmalar çoxalmağa başlayıb. Novator.az saytı “Sky News” kanalına istinadla bildirir ki, Böyük Britaniyanın İctimai Səhiyyə Xidməti yaxın vaxtda norovirusa yoluxmalarda qeyri-adi və qeyri-mövsümi a...
Ticarətdə lider tərəfdaşlar
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi bu ölkə ilə yarım illik ticarət dövriyyəsini 3,3 milyard dollar göstərir. Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır: Türkiyə – 2,2 milyard dollar R...
Mehman Əliyev yol göstərir
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin Azərbaycan mediasının durumu ilə bağlı məqaləsi yayılıb. İyulun 22-də Azərbaycanın ilk mətbu orqanı “Əkinçi” qəzetinin nəşrinin 146-cı ilinin tamam olacağını xatırladan jurnalist qeyd edir ki, ölkə mətbuatı matəm ovqatındadır: tirajlar ölüb,...
Virusun mənşəyi: elmə, yoxsa qəsd nəzəriyyəsinə inanmalı?
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində “Qəsd nəzəriyyəsini təsdiqləmək üçün koronavirusun Çinin Uhan laboratoriyasından sizdığı haqda təhrif olunmuş fikirlər irəli sürülür” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Kanadanın ən məşhur və ən iri təhsil ocağı olan Alberta Universitetin...
Azərbaycan Avropa Məhkəməsinin liderlər qrupunda
Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər üzrə statistika açıqlanıb. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, 2021-ci il iyunun sonuna Avropa Məhkəməsində 65800 ərizə qərar gözləyib: “Bu ərizələrin 89 faizi Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İtaliya, Polşa, Azərbaycan,...