• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pediatrlar uşaqların maska taxmasını tövsiyə edirlər

  • 29 İyul 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın Pediatriya Akademiyası 2 yaşdan yuxarı uşaqların məktəbəqədər təhsil müəssisələrində maska taxmasını tövsiyə edir.

Novator.az saytı ABŞ-ın “CBS News” kanalına istinadla xəbər verir ki, akademiyanın mütəxəssisləri peyvənd olunan uşaqların da təhsil müəssisələrinə gedərkən maskada olmasını məsləhət görürlər.

“CBS News” bildirir ki, pediatrların məsləhəti ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bu ayın əvvəlində açıqladığı tövsiyələrlə üst-üstə düşmür. Qurum peyvəndlənmiş tələbələrin maska taxmasına ehtiyac olmadığını bəyan etmişdi.

Məktəb Sağlamlığı Şurasının sədri doktor Sonya O’Liri pandemiyanın uşaqlara çox ziyan vurduğunu deyib: “Pandemiya uşaqların yalnız təhsilinə mənfi təsir göstərməyib, həm də onların psixioloji və fiziki sağlamlığına ziyan vurub. Ona görə də peyvəndlənmə, maska taxmaq və gigiyenik qaydaları gözləmək əyani təhsili hamı üçün təhlükəsiz və mümkün edəcək”.

Pediatrlar müəllimlərə və təhsil müəssisələrinin digər işçilərinə də vəziyyətdən asılı olmayaraq maska taxmağı tövsiyə edirlər. Onlar bildirirlər ki, ölkədə tələbələrin böyük hissəsi COVİD-19 infeksiyası əleyhinə vaksin vurdurmaq hüququna malik deyil. Yalnız 12 yaşdan yuxarı uşaqların ABŞ-da istifadə olunan üç peyvənddən birini vurdurmaq hüququ var.

Pediatriya Akademiyasının həkimi Sara Bode qeyd edib ki, bəzi insanların peyvəndlənməsi mümkün deyil: “Uşaqları koronavirusdan qorumaq üçün bütün metodlardan istifadə etmək lazımdır. Dünyada qəbul olunmuş maskalanma üsulu uşqaları digər respirator xəstəliklərdən müdafiə edən ən təsirli metodlardan biridir”.

Pediatrlar öz rəylərini bəyan edəndən sonra Ağ evin sözçüsü Cen Psaki mediaya açılamasında bildirib ki, prezident Cozef Bayden Pediatriya Akademiyasının tövsiyələrini nəzərə alacaq, ancaq müxtəlif fikirlər valideynləri karıxdıra da bilər: “Təhsil ocaqlarının verdiyi qərarlar digər qərarlardan fərqlənə bilər. Əlbəttə, biz bunu anlayırıq və qəbul edirik. Ancaq hər halda akademiyanın göstəriş və tövsiyələrini nəzərə almağı düşünürük”.

Mənbə: Cbsnews.com

Ölkələrin qızılları

  • 29 İyul 2021
  • comments

Xocalı rayonunda yeni hərbi hissə

  • 29 İyul 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Gənclər
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda