İyulun 27-nə olan beynəlxalq statistika yeni növ koronavirus infeksiyasının 209 ölkə, ərazi və məkanda 4 milyon 183 mindən çox adamın ölümünə gətirdiyini göstərir. Novator.az bildirir ki, Rusiya 154601 ölümlə yaxın ölkələr arasında birincidir.
İran 89122, Ukrayna 52849, Türkiyə 50997 itki verib.
Digər yaxın ölkələr ölüm sayına görə belə sıralanır:
Moldova – 6245
Gürcüstan – 5714
Qazaxıstan – 5538
Litva – 4410
Belarus – 3403
Latviya – 2550
Qırğızıstan – 2261
Estoniya – 1271
Özbəkistan – 839
Tacikistan – 118.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Son rəsmi hesabata görə, Azərbaycanda 5009 nəfər koronavirusun qurbanı olub.
Mənbə: Worldometers.info