• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan Jurnalistikası Günündə təqdimat

  • 22 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev şəhid media nümayəndələri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailələrinə mənzillər hədiyyə edib. İyulun 22-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrinə baş çəkib, onlara mənzillərin sənədləri, həmçinin şəhid ailəsi vəsiqəsi və sosial ödəniş kartları təqdim olunub.

Məhərrəm İbrahimov və Sirac Abışov bu il iyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarını daşıyan sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi nəticəsində həlak olublar. Hadisədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də həyatını itirib.

Prezident İlham Əliyevin 14 iyun sərəncamı ilə hər üç şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, iyulun 22-də şəhid jurnalistlərin ailələrinə yaşadıqları əraziyə yaxın məsafədəki (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim olunub.

Məhərrəm İbrahimov və Sirac Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin edilib.

1875-ci ildə Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirməyə başladığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb.

1991-ci il iyulun 5-də 22 iyul – “Əkinçi”nin birinci nömrəsinin çapdan çıxdığı gün Azərbaycan Jurnalistikası Günü elan edilib. Fərmanı ölkənin ilk prezidenti Ayaz Mütəllibov imzalayıb.

Rusiya ilə necə davranmalı? Tarixi teleqramın izi ...

  • 22 İyul 2021
  • comments

…Gedən Avropa

  • 22 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Media
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda