• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvənd olunmayanların peşmanlığı – “NBC News”

  • 20 İyul 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ-ın “NBC News” kanalının internet səhifəsində “Peyvəndlənməmiş adamlar xəstəxanaya düşəndən sonra vaksin vurdurmamağın peşmanlığını çəkirlər” başlıqlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, koronavirus əleyhinə peyvəndlənməyən və hazırda COVİD-19 diaqnozu ilə xəstəxanalarda müalicə olunan pasiyentlər vaxtında vaksin vurdurmadıqlarına görə çox peşmanlıq çəkirlər.

Məqalədə xatırladılır ki, pandemiyanın başlanmasından ilyarım ötsə də, dünyanın əksər yerində vaksinasiya hələ lazımi səviyyədə getmir və bunun əsas səbəblərindən biri də odur ki, peyvəndlənməyə həvəs göstərənlərin sayı azdır. Belə bir dövrdə koronavirusun daha yoluxucu delta variantının yayılması isə xəstəxanaların yenidən COVİD xəstələri ilə dolmasına gətirib çıxarıb.

ABŞ-ın Arkanzas ştatındakı Tibb Elmləri Universitetinin mütəxəssisləri “NBC News” kanalına açıqlamalarında sözügedən ştatda koronavirus xəstələrinin sayının kəskin artdığını vurğulayıblar. Onlar COVİD-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilənlərin əksərinin peyvəndlənməmiş şəxslər olduğunu qeyd ediblər. Mütəxəssislər deyiblər ki, indi həmin pasiyentlər vaxtında peyvənd olunmadıqlarına görə çox peşmandırlar.

Universitetdə çalışan infeksionist Rayan Der bildirib ki, peyvəndlənməmiş xəstələrin peşmanlığını görəndə adamın ürəyi ağrıyır: “Onlar peyvənd vurdurmadıqlarına görə hədsiz peşmandırlar. Bu insanlar belə xəstələnəcəklərini ağıllarına gətirsəydilər çoxdan peyvənd olunardılar”.

Missuri ştatındakı “Mercy Springfield” xəstəxanasının intensiv terapiya şöbəsinin həkimi Meyrol Xuares çalışdığı klinikaya gətirilən koronaviruslu adamlara yardım göstərə bilmək üçün başqa xəstəxanalardan əlavə personalın cəlb olunduğunu deyib. Onun sözlərinə görə, COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin çoxu koronavirusun həqiqətən mövcud olduğuna yalnız indi inanmağa başlayıblar və bunun necə ağır xəstəlik olduğunu görüb dəhşətə gəliblər: “Faktiki olaraq belə xəstələrin hamısını bir sual düşündürür: vaxtında peyvənd olunsaydım, bu vəziyyətə düşərdimmi?”

“Mercy Springfield”ın baş inzibatçısı Erik Frederik da xəstələnənə qədər koronavirusun mövcudluğunu tamamilə inkar edən, infeksiyaya münasibətdə çox ehtiyatsız davranan xeyli pasiyentlə qarşılaşdığını deyib: “Onlar indi – özləri xəstələnəndən sonra başa düşüblər ki, koronavirus əfsanə deyil, real infeksiyadır. Hazıda bizim xəstəxanada COVİD-19 infeksiyası ilə ölüm-dirim mübarizəsi aparan 120 pasiyent var”.

Arkanzas ştatının qubernatoru Asa Hatçinson ötən ay mətbuata açıqlamasında bildirmişdi ki, ilin əvvəlindən COVİD-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən pasiyentlərin 98%-i, xəstəlikdən ölənlərin isə 99%-i peyvənd olunmamış insanlardır.

Mənbə: Nbcnews.com

Moldovada mandat bölgüsü

  • 19 İyul 2021
  • comments

Ermənistan: müdafiə naziri səlahiyyətlərinin icraç...

  • 20 İyul 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda