• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hasilat artacaq

  • 18 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 18-də OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələrinin (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) neft hasilatı ilə bağlı yeni razılaşması açıqlanıb. Razılaşmaya görə, gündəlik xam neft hasilatı 2021-ci ilin avqust-dekabr aylarında hər ay ümumilikdə 400 min barrel artırılır.

Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95 dollarla başlayıb.

Gündəlik hasilat yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel olub. Beynəlxalq razılaşmaya əsasən, Azərbaycan gündəlik hasilatı iyulda 620 min barrel həcmində saxlamalıdır.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 17,1 milyon ton neft çıxarılıb.

2008-ci ildə hasilat 44,5 milyon ton olub, 2009-cu ildə 50,4 milyon tona, 2010-cu ildə 50,8 milyon tona yüksəlib.

2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton neft hasil edilib.

2014-cü ildə hasilat 42 milyon tona, 2015-ci ildə 41,6 milyon tona, 2016-cı ildə 41 milyon tona, 2017-ci ildə 38,7 milyon tona düşüb.

2018-ci ildə hasilat 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton göstərilib.

Prezidentdən sülh bəyanatı

  • 18 İyul 2021
  • comments

Müdafiə nazirindən göstərişlər

  • 19 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda