• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvənd: rəsmi arayışda nələr var?

  • 14 İyul 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

İyulun 14-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi vaksinasiya ilə bağlı arayış yayıb.

2019-cu ilin dekabr ayında Çində yeni növ koronavirus infeksiyası üzə çıxaraq dünyanı bürüyüb. Azərbaycanda infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb, 2021-ci il iyulun 14-dək 337456 yoluxma, 4988 ölüm rəsmiləşib.

2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 1 milyon 665 min nəfərə yaxın şəxs peyvəndlənmə prosesini bitirib.

Novator.az bildirir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 14 iyul 2021-ci il arayışında bunlar qeyd olunur:

– İmmunitet sertifikatı koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiqləyir. Koronavirus xəstəliyini keçirmiş və bununla bağlı PZR testi (bu test zamanı burun-udlaqdan yaxma materialına baxılır) vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.

Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən immunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.

Altı ay əvvəl xəstəliyə yoluxmuş və 2 iyul 2021-ci ildən sonra immunitet sertifikatının müddəti bitdiyi üçün Azərbaycanda istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin immunitet sertifikatı müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci ildən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdır.

Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: “Sinovac” (Çin), “AstraZeneca/Vaxzevria” (İngiltərə), “Biontech/Pfizer” (Almaniya/ABŞ), “Sputnik V” (Rusiya).

Peyvənd sertifikatı koronavirus xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə peyvənd sertifikatı verilir.

Peyvənd sertifikatı müddətsizdir.

Peyvənd olunmuş şəxs 2-ci dozadan 6 ay sonra ölkədə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. Peyvənd sertifikatında son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun sayılır.

Qüvvətləndirici doza kimi əvvəl qəbul edilmiş 2 dozadan asılı olmayaraq istənilən vaksin növü istifadə oluna bilər.

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR (tez cavab) kodu olan sənədin verilməsi məsələsinə baxılır.

Əli Kərimlinin anası vəfat edib

  • 14 İyul 2021
  • comments

Erməni naziri kim əvəzləyir?

  • 14 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda