• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bərpanın önəmi, bərpada önəm

  • 12 İyul 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev işğaldan azad edilmiş bölgələrdə bərpa işlərinin paytaxt Bakının və başqa iri şəhərlərin yükünün azalmasına təkan verəcəyini düşünür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, bərpası başlayan və başlayacaq şəhərlərdə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır: “Bərpasına start verilən Ağdam şəhərinin 100 min nəfərin məskunlaşmasına imkan verəcəyi bəyan edilib. Bu, şəhərdə qeydiyyatı olan əhalinin sayından 2,3 dəfə çoxdur”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.

Rövşən Ağayev yazır ki, Ağdam şəhərində 42,8 min, Füzuli şəhərində 24,7 min, Şuşa şəhərində 23,9 min, Laçın şəhərində 13,4 min, Kəlbəcər şəhərində 12,2 min, Zəngilan şəhərində 11,3 min, Cəbrayıl şəhərində 11 min, Qubadlı şəhərində 9,5 min nəfər qeydiyyatdadır: “Bərpa işləri bu şəhərlərdə ən azı 500 min nəfər əhalinin yaşaya bilməsinə imkan verməlidir. Bu həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə iri şəhərlərdə, o cümlədən paytaxt Bakıda, Sumqayıt və Xırdalan kimi şəhərlərdə məskunlaşan insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir.

Ağdamın ardınca Füzuli şəhərini də ən azı 100 min nəfərin məskunlaşa biləcəyi yaşayış məntəqəsinə çevirmək mümkündür.

Əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox vacibdir. Lakin yeni qurulan şəhərlər yüksək sənaye-xidmət imkanları ilə yanaşı mədəni infrastrukturun da yetərli səviyyədə qurulduğu şəhərlər olmalıdır. Məsələn, sağlamlıq turizmi üçün yüksək potensialı olan Kəlbəcərdə ikinci bir tibb universiteti qurula bilər.

Bakıda olan 30-dan artıq universitetin müəyyən hissəsini yenidən qurulacaq şəhərlər üzrə paylaşdırmaq mümkündür. Şəhərin məskunlaşma üçün cəlbedici olmasında təhsil mühiti və yaradıcı mühit son dərəcə vacibdir”.

Tofiq Yaqublunun anası vəfat edib

  • 12 İyul 2021
  • comments

Xəbərdarlıq: eyni vaxtda koronavirusun iki variant...

  • 12 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda