• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mediasiya qanunu dəyişir

  • 09 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Mediasiya haqqında” qanun yenilənir.

Novator.az bildirir ki, mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir.

Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

“Mediasiya haqqında” qanun 2020-ci il iyulun 1-dən tətbiq olunmalı idi. Sonra həmin müddət 2021-ci il yanvarın 1-nə, daha sonra 2021-ci il iyulun 1-nə keçirilib.

İyulun 9-da Milli Məclis qanuna dəyişiklikləri son oxunuşda qəbul edib. Yeniliyə əsasən, mediasiya təşkilatı qeyri-kommersiya hüquqi şəxs sayılır.

Başqa bir təkliflə tərəf mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada üzrsüz səbəbdən iştirak etməməyə, ilkin mediasiya sessiyasına üzrsüz səbəbdən qatılmamağa görə məsuliyyət daşımayacaq.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətlərində yeniliyə görə, mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur.

Məhkəmə mediasiyası maddəsində dəyişikliyə əsasən, prosesin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.

Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə barışıq sazişini məcburi icra edilməsi üçün müvafiq qaydada təsdiqləməlidir.

Bloqer (11)

  • 09 İyul 2021
  • comments

Məhkəmədə müddət yenilikləri

  • 09 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda