• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Finalçılar eyni gücdə

  • 09 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İyulun 11-i 16-cı Avropa futbol çempionatının final matçıdır: Londonda İtaliya və İngiltərə milli komandaları üz-üzə gəlir.

Novator.az-a danışan futbol icmalçısı Rasim Mövsümzadə deyir ki, İtaliya – İngiltərə finalını təxminən eyni gücdə komandaların qarşılaşması saymaq olar: “Avropa çempionatından əvvəl İngiltərə FİFA reytinqində 4-cü, İtaliya 7-ci sırada idi. Qitə çempionatında inamla çıxış edən hər iki komanda finala 5 qələbə və 1 heç-heçə ilə irəliləyib. Nəticədə İtaliya millisinin məğlubiyyətsizlik seriyası 33 oyuna çatıb. İngiltərə isə ardıcıl 12 oyundur uduzmur və bu matçların yalnız birində qələbə qazana bilməyib.

Hər iki komandanın heyəti əsasən yerli çempionatda çıxış edən futbolçulardan təşkil olunub, cəmi 3 legionerləri var. İtaliyanın iki oyunçusu “Çelsi”də (Emerson və Jorjinyo), biri “Pari Sen-Jermen”də (Marko Verratti), İngiltərənin iki oyunçusu Dortmund “Borussiya”sında (Cud Bellingem və Ceydon Sanço), biri Madrid “Atletiko”sunda (Kiran Trippyer) çıxış edir.

Ümumiyyətlə heyətlərdən danışsaq, İtaliya millisində yalnız üç futbolçu (Canluici Donnarumma, Leonardo Bonuççi və Jorjinyo) bütün altı oyunda start heyətində meydana çıxıb və yalnız ehtiyat qapıçı Aleks Meret çempionatda oynamayıb.

Türkiyədən sonra yarışın ən gənc komandası olan İngiltərə millisində isə altı futbolçu (Cordan Pikford, Con Stons, Deklan Rayse, Kelvin Fillips, Rahim Sterlinq və Harri Keyn) bütün altı oyunda start heyətində meydana çıxıb və ümumi heyətdəki altı futbolçunun xidmətinə ehtiyac duyulmayıb.

Finalın Londonda keçirilməsi ingilislər üçün əlavə üstünlük ola bilər, amma rəqiblərin 2018-ci ildə “Uembli”dəki sonuncu yoldaşlıq görüşünün 1:1 hesabı ilə başa çatdığını da unutmayaq.

Finalçıların böyük turnirlərdə əvvəlki görüşlərinə gəlincə, italyanların aşkar üstünlüyü göz önündədir. İtaliya millisi Avro-1980-də 1:0, Avro-2012-nin 1/4 finalında isə penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt – 0:0) hesabı ilə qalib gəlib.

Dünya çempionatlarına gəlincə, 1990-da 3-cü yer uğrunda görüşdə və 2014-də qrupda italyanların 2:1 hesablı qələbələri qeydə alınıb”.

Kim uzaq gedər?

“Sürprizlər istisna deyil”

İlk yarımfinala ön söz

Final yolunda son addım

Nazirlik yarım ilə yekun vurdu

  • 09 İyul 2021
  • comments

Avropa futbol çempionatı

  • 12 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda