• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Futbol, alkoqol və ailədə zorakılıq – Tədqiqatın nəticələri açıqlanıb

  • 06 İyul 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

16-cı Avropa futbol çempionatının davam etdiyi dövrdə London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzi maraqlı bir tədqiqatın nəticələrini açıqlayıb.

Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, tədqiqat “Futbol, alkoqol və ailədə zorakılıq” adlanır.

Tədqiqat zamanı London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin əməkdaşları azarkeşlərin futbol matçlarından az əvvəl, yaxud oyunlara baxa-baxa qəbul etdikləri alkoqolun məişət zorakılığına təsirini öyrəniblər.

Tədqiqatçılar bu məqsədlə “Mançester Yunayted” və “Mançester Siti” futbol komandalarının 8 il ərzində  – 2012-ci ilin aprelindən 2019-cu ilin iyun ayınadək keçirdikləri ümumilikdə 800-ə yaxın matçdan sonra Böyük Mançester qraflığının polis idarəsinə daxil olan zənglər və baş vermiş cinayət hadisələri haqda məlumatları təhlil ediblər.

Məlum olub ki, futbol görüşü tez, məsələn, günorta vaxtı başlananda ailələrdə zorakılıq halları artır, gec başlananda (məsələn, axşam saat 7-də) artmır, həmişəki səviyyədə qalır.

Tədqiqatçılar bunu belə əsaslandırıblar ki, oyun tez başlananda azarkeşlər günortadan içkili olurlar, bəziləri oyundan sonrakı saatlarda da içməyə davam edir, bu isə axşamçağı ailələrdə problemlərin ortaya çıxmasına səbəb olur.

Tədqiqatda göstərilir ki, futbol görüşlərinin keçirildiyi müddətdə, yəni iki saata yaxın vaxt ərzində Böyük Mançester qraflığında yaşayan ailələrdə zorakılıq hallarının sayı 5% azalıb. Ancaq günorta vaxtı keçirilən oyunlardan sonrakı səkkiz saatda qeydə alınan ailədaxili zorakılıqların sayı orta statistik göstəricidən 8,5% çox olub.

London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin polis və cinayətkarlıq üzrə araşdırmalar qrupunun rəhbəri Tom Kirçmayer bəyan edib ki, tədqiqatın nəticələri hüquq mühafizə orqanlarının işi üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, yarışlar zamanı stadionlarda daha az cinayət baş versə də, oyunlardan sonra ailələrdə yaşanan gərginlikləri nəzərə almaq lazımdır.

“Biz indiyədək futbol yarışlarının keçirilmə saatları ilə bağlı heç kimin ağlına gəlməyən böyük bir problemi üzə çıxarmışıq” deyən Tom Kirçmayerin sözlərinə görə, London Fond Birjasının İqtisadi Göstəricilər Mərkəzinin tədqiqatı ailədaxili zorakılıqlara rəvac verməmək üçün futbol matçlarını həftənin ara günlərində və axşam saatlarında keçirməyin daha münasib olduğundan xəbər verir.

Mənbə: Theguardian.com

İlk yarımfinala ön söz

  • 06 İyul 2021
  • comments

Dəstək sərəncamları

  • 06 İyul 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Gənclər
  • Hüquq
  • İdman
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda